12:17 21 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8859
Futbolçunun kölgəsi

Azərbaycanlı futbol azarkeşləri qarşısında sərt tələb

© AFP 2019 / PATRIK STOLLARZ
İDMAN
Qısa URL
142 0 0

Stadiona hər hansı qanunazidd əşyalar, təhqiredici və qıcıq yaradacaq pankartlar, plastik qablar, alışqan keçirmək qadağandır

BAKI, 10 may — Sputnik. Son günlər sosial şəbəkələrdə Topaz Premyer Liqasının 11 mayda keçiriləcək sonuncu turunun "Neftçi" – "Qarabağ" qarşılaşması ilə bağlı xoşagəlməz müzakirələr aparılır. Sputnik Azərbaycan ölkə çempionatının keçirilməsinə cavabdeh olan Azərbaycan Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, PFL məsələ ilə bağlı açıqlama yayıb. 

Qurum bəyan edir ki, görüşdən əvvəl və ya sonra, oyun ərzində ictimai asayişi pozan, təhrikedici və təhqiredici hərəkətlərə yol verən şəxslər hüquqi müstəvidə cəzalandırılacaq: "Oyuna gələn şəxslər stadion turniketlərində polislər tərəfindən yoxlanılacaq. Stadiona hər hansı qanunazidd əşyalar, təhqiredici və qıcıq yaradacaq pankartlar, plastik qablar, alışqan keçirmək qadağandır və qeyd olunanlar polislər tərəfindən alınacaq".

Bu kimi halları nəzərə alan Peşəkar Futbol Liqası oyuna ən azı 2 saat öncədən gəlinməsini azarkeşlərdən diqqətli olmalarını, rəqib azarkeşlərə hörmət etməyi xahiş edir: "Qarşıda "Neftçi" və "Qarabağ"ı, eləcə də digər komandalarımızı avrokuboklarda ciddi sınaqlar gözləyir".

Qeyd edək ki, oruc tutan şəxslər üçün stadionda "Neftçi" klubu tərəfindən xüsusi yerlər hazırlanacaq.

Əlaqədar

"Spartak"dan Azərbaycan əsilli futbolçuya rekord cəza
Futbolçular azarkeşlərlə görüşüblər
Ölkə futboluna qarşı ağır ittiham: "Özünə hörmət edən futbolçu buraya gəlməz"
Türkiyədə futbolçular qəzaya düşüblər, ölən və yaralananlar var
Teqlər:
azarkeş, oyun, PFL, Peşəkar Futbol Liqası

Əsas mövzular