Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionlar Liqasında “Liverpul” möcüzəsi

© AFP 2023 / VALERY HACHEЛига чемпионов УЕФА
Лига чемпионов УЕФА - Sputnik Azərbaycan
Abunə olmaq
İngiltərə klubu “məğlubedilməz” “Barselona”nı məğlub etdi

BAKI, 8 may — Sputnik. Futbol üzrə Çempionlar Liqasında ilk finalçı "Liverpul" komandası olub. 

Çempionlar Liqası - Sputnik Azərbaycan
İDMAN
Çempionlar Liqası – Cütlüklər müəyyənləşdi

Sputnik Azərbaycan-ın məlumatına görə, Yurgen Kloppun baş məşqçi olduğu kollektiv yarımfinalda İspaniya "Barselona"sını iki oyunun yekununda mübarizədən kənarlaşdırıb. İlk matçda 0:3 hesabı ilə uduzan mersisaydlılar cavab görüşündə daha böyük fərqlə qalib gəliblər - 4:0.

Hesabı 7-ci dəqiqədə Divok Origi açıb. 54-cü dəqiqədə Jorjino Veynaldum ikinci qolu vurub. Bundan 2 dəqiqə sonra Veynaldum, 79-cu dəqiqədə isə Origi "dubl" edib.

Beləliklə, "Liverpul" inanılmazı bacararaq, ardıcıl ikinci mövsüm finala yüksəlib. Həlledici görüşə daha bir vəsiqənin sahibi bu gün Hollandiyada "Ayaks" və İngiltərə "Tottenhem"i ilə matçdan sonra müəyyənləşəcək. Final oyunu iyunun 1-də Madriddəki "Metropolitano" stadionunda keçiriləcək.

Xəbər lenti
0