Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

O, daha çox cüdonu sevsə də, uğuru başqa yerdə tapıb

© AP Photo / Eugene HoshikoКаратэ, фото из архива
Каратэ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Uşaq vaxtı sınmış fincan gözünə batan Avropa çempionu uğur qazanmaq üçün mübarizə aparır

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 28 aprel — Sputnik. Bir müddət öncə İspaniyanın Quadalaxara şəhərində para-karateçilərin Avropa çempionatı keçirilib. Komandamız bu dəfə də Avropanın ən güclüləri sırasında yer almağı bacarıb. Para-karateçi Sahib Əhədov isə komandamıza qızıl medal qazandırıb.

Qələbə qazanmış idmançımızla görüşüb, yarış zamanı baş verənlər, eləcə də gələcək planları barədə danışdıq. Sputnik Azərbaycan-a məmnuniyyətlə həyatını nəql etməyə razılıq verən Sahib Əhədovla söhbətimiz idmana sevgidən başladı. Adətən səmimi və maraqlı söhbətlər də elə ortaq maraqlardan başlayır.

© Sputnik / Tarana KhudabakhshiyevaSahib Əhədov
O, daha çox cüdonu sevsə də, uğuru başqa yerdə tapıb - Sputnik Azərbaycan
Sahib Əhədov

S.Əhədov 1995-ci ildə Cəlilabad rayonunda dünyaya göz açıb. 2001-ci ildə – 7 yaşı olanda Bakıya köçməli olub. Karateyə marağı da idmanla məşğul olan yaşıdlarını, ondan böyük uşaqları izləməklə yaranıb.

Əhədov başlanğıcda gözündə olan problemin idmana təsir edəcəyindən xəbərsiz olub. Ancaq 2012-ci ildə respublika çempionatında bu barədə ona xəbərdarlıq edilib: “Çempionatda birinci mərhələdə qalib gəldim və ikinci mərhələyə adladım. İkinci rəqibimlə görüşə çıxan zaman hakim yaxınlaşıb dedi ki, “sənin gözündə problem var, bu vəziyyətdə döyüşə bilməzsən”. Fikrimi öyrənmədən məni yarışdan uzaqlaşdırdılar. Etiraf edim ki, o zaman çox pis olmuşdum. Beləliklə, yarışın səhərisi, yəni həmin hadisədən sonra karateyə marağım öldü və mən daha məşqə getmədim”.

Söhbətimizin bu məqamında ondan gözündə yaranmış problem barədə soruşuruq. Sahib Əsədov da başına gələnləri bir-bir danışır: “Anadan olanda sağlam uşaq olmuşam. 1 yaşım olanda fincan sınıb və ucu gözümə batıb. O zaman gözümdə problem yaranıb, görmə qabiliyyətimi itirmişəm. Ondan sonra əməliyyat ediblər, görməm geriyə qayıdıb. Daha sonra isə qucaqdan başı üstə yerə düşmüşəm. Ondan sonra yenidən gözümdə problem yaranıb və görməm itib. Bu hadisədən sonra həkimlər daha mənə kömək edə bilməyiblər”. 

Nurlanə Əhmədova - Sputnik Azərbaycan
HADİSƏ
Xanım idmançının ölümü ətrafında müəmma: Gecəyarısı məşq zalında nə işi vardı?!

Sahib danışdıqca qulaqlarının da sınması diqqətimizi çəkir. Maraqlı gəlir, əgər idmandan küsmüşdüsə, qulaqları niyə sınıb? O, gülümsəyərək bu sualımıza da aydınlıq gətirir: “Karatedən ayrılandan sonra idmansız qala bilmədim. Nəticədə cüdo ilə məşğul olmağa başladım. Hətta son illər bilmişəm ki, cüdonun paralimpiya növü varmış. Mən isə cüdoda da sağlamlar ilə güləşirdim. 2012-2015-ci illər cüdoda mübarizə aparmışam. 2015-ci ildə məşqçim zəng edib dedi ki, “Sahib, karateyə qayıt”. Çünki karatenin para-karatesi yaranmışdı. Mən də müəllimimin sözü ilə keçmişi unudub, yenidən karateyə qayıtdım. Karatenin kata növündə məşğul olmağa başladım. Bir neçə yarışa getdim və gördüm ki, uğur qazana bilərəm”.

Sahib Əhədov Dünya çempionatında ikinci olmağı bacarandan sonra qəti qərar verib ki,  karatedə qalmalıdır: “2015-ci ildə para-karate üzrə Respublika çempionatında birinci oldum. 2016-cı ildə isə Dünya çempionatında 5-ci yer tutdum. 2018-ci ildə isə Dünya Çempionunun gümüş medalçısı oldum. Sonuncu qələbəm isə Avropa çempionatında qızıl medal oldu”.

Çempion olimpiadada iştirak etmək arzusunu da dilə gətirir. Deyir ki, para-karate 2024-cü ildə keçirilə bilər. Ona görə gözləməli və paralimpiyadaya düşmək üçün çoxlu məşq etməlidir.

S.Əhədova “cüdo, yoxsa karate sizin üçün daha asandır” sualını verəndə isə öncə sualımızdan yayınmaq istəyir. İsrarlı olduğumuzu görəndən sonra isə sakitcə “cüdo” deyə cavab verir: “Cüdo həm də əyləncəlidir. Karatedə isə katalar üzərində çox işləməli olursan, həm fiziki, həm taktiki cəhətdən daima formada olmalısan. Ona görə cüdo mənə daha asan gəlirdi. Cüdoya qayıtmaq fikrim isə yoxdur. Çünki karatedə uğur qazandım və hələ çox uğur qazanmaqda iddialıyam”.

24 yaşlı idmançının həyatını isə başqa işlə təmin edir – “Sədərək” bazarında mağaza sahibidir. Ancaq deyir ki, hər şeyi çatdıra bilmir, ticarət isə zəifdir. Buna görə də, hazırda oranı qardaşı idarə edir. Özü isə bütün vaxtını məşqlərə ayırır.

Şəxsi həyatdan söhbət düşəndə isə müsahibimiz utandığını gizlədə bilmir: “Hələ evlənmək üçün çox tezdir. Düşünürəm ki, məşq etməliyəm. Ona görə də hələ ki şəxsi həyatı kənara qoyub, uğur qalınca qaçıram”.

Xəbər lenti
0