Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Möhtəşəm yarışın ilk gününün qəhrəmanı insan olmadı

© REUTERS / ANTON VAGANOVПилот британской команды Williams Джордж Расселл на своем болиде наехал на дренажный люк
Пилот британской команды Williams Джордж Расселл на своем болиде наехал на дренажный люк - Sputnik Azərbaycan
Abunə olmaq
Bu gün keçirilən birinci sərbəst yürüş sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 aprel - Sputnik. “Formula 1” SOCAR Azərbaycan Qran Prisində “Wilyams” komandasının pilotu Corc Rasselin bolidi lyukun drenajına dəyərək xəsarət alıb. Nəticədə sərbəst yürüş dayandırılıb və bütün lüklar yoxlanılmağa başlanılıb.

Пилот британской команды Williams Джордж Расселл на своем болиде наехал на дренажный люк - Sputnik Azərbaycan
İDMAN
“Formula 1”də qəzanın günahkarı bilindi

Baş verənlər ilə bağlı Bakı Şəhər Halqasının Marketinq və kommunikasiya şöbəsinin müdiri Nigar Arpadarai Sputnik Azərbaycan-a açıqlama verib. O bildirib ki, yarışlara bütün qaydalara uyğun hazırlaşıblar: "Maraqlıdır ki, yarış başlayan kimi lyuklarda problem yaranmağa başladı. Biz yarış trasına düşən bütün lyukların drenajlarını yoxlamışdıq. Lyukla üst hissədə yox, aşağıda problem yaranıb. Belə ki, lyukun altı paslandığı üçün bolidin təzyiqinə tab gətirə bilməyib”. 

Qeyd edək ki, qəza nəticədə boliddə texniki problem yaranıb. Pilot vaxtından tez yarışı tərk etməli olub.

Bu gün keçirilən birinci sərbəst yürüş sessiyası lyuk qapağının yerindən tərpənməsi nəticəsində ləğv olunub. Bakı Şəhər Halqasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, əvvəlcədən görülmüş bütün təhlükəsizlik və nizamlayıcı tədbirlərə baxmayaraq, sözügedən hadisənin yaranmasına əsas səbəb lyuk altlığında üstdən görünməyəcək şəkildə nasazlığın olmasıdır.

Beynəlxalq Avtomobil Federasiyası (FİA) ilə birlikdə həmin lyukun təhlükəsizlik şəkildə əvəzolunması və trekdə olan bütün digər lyukların növbəti yarış sessiyasına qədər bir daha yoxlanılması istiqamətində işlər yekunlaşıb. Trekdə olan 300-dən çox lyukun təkrar yoxlanılması prosesi başa çatdıqdan dərhal sonra növbəti yarış sessiyasına start verilib. Belə ki, “Formula 2” nin sıralama turnirinə start verilib.

Xəbər lenti
0