07:47 21 Sentyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8799
 “Williams Racing” komandasının pilotu Corc Rasselin bolidi

“Formula 1”də qəzanın günahkarı bilindi

© REUTERS / ANTON VAGANOV
İDMAN
Qısa URL
1163 0 0

Əgər bu səbəb təsdiqlənsə, təşkilatçılar komandaya dəyən ziyanı ödəməli olacaq

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Bakıda keçirilən Formula 1 SOCAR Azərbaycan Qran Prisində  “Williams Racing” komandasının pilotu Corc Rasselin bolidinin sıradan çıxmasının günahkarı bəlli olub. 

Sputnik Azərbaycan xarici mediaya istinadən xəbər verir ki, “Williams” komandasında yaranan problemin səbəbi təşkilatçıların günahıdır. Əgər bu səbəb təsdiqlənsə, təşkilatçılar komandaya dəyən ziyanı ödəməli olacaq. Xatırladaq ki, belə bir hadisə Malayziyada “Haas” komandasının başına gəlib. Komandaya dəyən ziyanı təşkilatçılar ödəyib.

Qeyd edək ki, sərbəst yürüşün 14-cü dəqiqəsində bolidin altı drenaj lyukuna ilişib. Bolidin altından qığılcım çıxmağa başlayıb. Bundan sonra bolidin alt hissəsi parçalanıb. Pilot bolidi saxlamağa məcbur olub.

Hazırda trekdə olan 300-ə yaxın drenaj lyuklarının təhlükəsizliyi yoxlanılır.

Əsas mövzular