14:18 26 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0262
  • EUR1.9008
“Williams Racing” komandasının pilotu George Russelin bolidi

“Formula1”də ilk qəza baş verdi

© REUTERS / ANTON VAGANOV
İDMAN
Qısa URL
157 0 0

“Williams Racing” komandasının pilotu George Russelin bəxti gətirməyib

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Bakıda keçirilən “Formula 1” SOCAR Azərbaycan Qran Prisində komandalar sərbəst yürüşə başlayıb. 

Pilotlar 13:00-dan 14:30-dək boldilərini və trası yoxlayacaqlar. İkinci sərbəst yürüş bu gün saat 17:00 - 18:30-da olacaq.

Sputnik Azərbaycan xəbər verir ki, “Williams Racing” komandasının pilotu George Russelin bəxti gətirməyib. Belə ki, sərbəst yürüşün 14-cü dəqiqəsində bolidin altı drenaj lyukuna ilişib. Bolidin altından qığılcım çıxmağa başlayıb. Bundan sonra bolidin alt hissəsi parçalanıb. Pilot məcbur olaraq bolidi saxlamalı olub.

Beləliklə, bir pilot üçün sərbəst yürüş vaxtından tez bitib.

Bolidi yarış zonasından çıxarana qədər sərbəst yürüş dayandırılıb.

Hazırda trekdə olan 300-ə yaxın drenaj lüklərinin təhlükəsizliyi yoxlanılır.

Əsas mövzular