Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məşhur müğənninin Bakı konserti ləğv olundu

© AFP 2023 / Michael loccisanoSem Smit
Sem Smit - Sputnik Azərbaycan
Abunə olmaq
Sem Smit bu həftəsonu Bakıda çıxış edə bilməyəcək

BAKI, 24 aprel — Sputnik. Sem Smit şənbə günü, Formula 1 ilə əlaqədar Bakıda konsert proqramı ilə çıxış edə bilməyəcək. Bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Halqasının (BŞH) mətbuat xidmətindən məlumat verilib. 

Бакинский приморский бульвар  - Sputnik Azərbaycan
İDMAN
Bakı bulvarı vətəndaşların üzünə bağlanır

Bildirilib ki, ötən həftə Cənubi Afrika turunu yarıda kəsən britaniyalı müğənni konsert proqramlarına qısa fasilə verdikdən sonra tibb mütəxəssislərinin məsləhətinə əsasən növbəti konsert proqramlarını da ləğv etməli olub. Nəticə etibarilə, Sem Smit bu həftəsonu Bakıda çıxış edə bilməyəcək.

"Formula 1 SOCAR Azərbaycan Qran Prisininin hər bir tamaşaçısının möhtəşəm həftəsonu yaşamağını təmin etmək üçün təklif etdiyimiz digər əyləncə proqramları hələ də qüvvədədir. Sem Smitə şəfalar diləyir və onu tezliklə Bakıda görməyi arzulayırıq" - deyə BŞH-dən vurğulanıb.

Xəbər lenti
0