Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Ukraynadan Azərbaycana qadın döyüşçülər gətirilə bilər

© AP Photo / Eugene HoshikoКаратэ, фото из архива
Каратэ, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yaşar Bəşirov: "Olimpiya oyunlarına qatılandan sonra bizim karetedə rəqabət artıb"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 17 aprel — Sputnik. Azərbaycan Karate Federasiyasının (AKF) prezidenti Yaşar Bəşirov Sputnik Azərbaycan-a müsahibəsində milli komandanın hazırkı durumu, uğurları və gələcək planlardan danışıb. Qeyd edək ki, bir müddət əvvəl milli komandamız İspaniyada keçirilən karate üzrə Avropa Çempionatında uğurlu çıxış edərək vətənə dönüb.

© OXUYaşar Bəşirov
Ukraynadan Azərbaycana qadın döyüşçülər gətirilə bilər - Sputnik Azərbaycan
Yaşar Bəşirov

- Yaşar müəllim, İkinci Avropa oyunlarına az qalıb. Bu yarışda neçə idmançı iştirak edəcək? Oyunlarda neçə medal qazana bilərik?

- Həqiqətən də, Olimpiya oyunlarına qatılandan sonra bizim idmanda rəqabət artıb. Uğur qazanmaq çox çətindir. Amma bizim idmançılarımız daim bu məqsədə doğru irəliləyir. Biz lisenziya qazanacağımıza inanırdıq, həmişə deyirdim ki, 3-4 lisenziyamız olacaq. Şükürlər olsun ki, 4 yox, 6 lisenziya qazanmışıq.

Avropada 53 dövlət arasında 8 lisenziya qazanmaq bir qədər çətindir, amma biz bunu bacardıq. O ki qaldı İkinci Avropa oyunlarına, Birinci Avropa oyunlarında biz çox gözəl nəticə göstərmişdik. 4 qızıl medal əldə etmişdik. İnanıram ki, İkinci Avropa oyunlarında da biz bu göstəricini, ən azı, yeniləyəcəyik.

- Karate Olimpiya oyunları sırasına daxil olandan sonra Azərbaycanda karateyə maraq artıb?

- Bu idman növünə Azərbaycanda həmişə maraq olub. 80-ci illərdən başlayaraq karateyə Azərbaycanda maraq var. Zallarda yer tapmaq olmurdu. Maraqlı idman növü olduğuna görə hər kəs bu idman ilə məşğul olmaq istəyirdi. Eyni zamanda, karatedə yaş həddi yoxdur. 100 yaşında olan adam da karate ilə məşğul ola bilər. Türkiyədə də, İranda da, Azərbaycanda da karate bir nömrəli idman növüdür. Təbii ki, Olimpiya idman növü olması da bu gün idmançı axınına təsir edir.

- İl ərzində keçirilən bir çox yarışlara digər idman federasiyaları milli komandanın 2-3-cü heyətini də aparır. Bu da həm onları yoxlamaq, həm də təcrübə əldə etmələrinə səbəb olur. Siz də ikinci və üçüncü heyəti yarışlara aparırsınız?

- Bizdə də bu mümkündür. Asiman Qurbanlı bizdə ikinci heyətdə idi. Amma ona şans verdik və o, bu gün Şahin Atamovdan daha güclüdür. Amma Şahin Atamov da yarışlara qatılır və komanda yarışlarında Azərbaycanı təmsil edir.

- Olimpiya idman növlərinə qeyri-olimpiya idman növlərindən axın olur. Karateyə hansısa idman növündən idmançılar keçir?

II Avropa Oyunlarının maskotu tülkü Lesik - Sputnik Azərbaycan
İDMAN
İkinci Avropa Oyunlarında Azərbaycanı təmsil edəcək karateçilər məlum oldu

- Mən özüm 5 il cüdo ilə məşğul olmuşam, 1978-ci ildə karateyə gəlmişəm. Məsələn, mən övladımı öncə gimnastikaya aparırdım, daha sonra karateyə keçirdim. Gimnastika, cüdo və digər idman növlərindən bizə keçən çoxdur. Bir müddət həmin idmançıya çətin olur, amma sonra istedadlı idmançılar uyğunlaşır.

- Rafael Ağayevdən başqa kimdən Olimpiya medalı gözləyirsiniz?

- Olimpiyaya vəsiqə qazanan hər bir idmançıdan medal gözləyirik.

- Xarici ölkələrdən bizim idmançıları transfer etmək istəyən olub?

- Rafael Ağayev kimi idmançını kim öz millisində görmək istəməz? Təbii ki, istəklər çox olur. Nə Rafael Ağayev, nə də biz buna razı olarıq. Xüsusilə də idmançılarımıza dövlətin qayğısı böyükdür. Bu qayğını hansı ölkə öz idmançısına edir?! MDB ölkələri, xüsusilə Qazaxıstan, Rusiya bizdən idmançı almaq istəyir.

- Siz özünüz xaricdən idmançı alırsınız?

- Bəli. Məsələn, Ukraynadan İrina Zaretskanı 5 il öncə gətirdik. O zaman gənc olan bu idmançı bizim ümidlərimizi doğrultdu. Həm də onun gəlişindən sonra qadın karateçilərimizin də uğurları çoxalıb.

- Yaxın gələcəkdə legioner gətirmək fikriniz varmı?

- Oğlan legioner gətirmək fikrimiz yoxdur. Ola bilsin, qız gətirək. Fikrimizdə Ukraynadan idmançı transfer etmək var.

Xəbər lenti
0