Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Şəhriyar Məmmədyarov: "Mənim psixoloji problemlərim var"

© SHAMKIRCHESSAzərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat üzrə VI Vüqar Həşimov memorialında
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat üzrə VI Vüqar Həşimov memorialında - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat üzrə VI Vüqar Həşimov memorialındakı uğursuzluqları və perspektivlər barədə danışıb

Teymur Tuşiyev, Sputnik Azərbaycan

BAKI, 11 aprel — Sputnik. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat üzrə VI Vüqar Həşimov memorialında fəal çıxış edə bilməyib. O, iki dəfə məğlub olub və qalan partiyaları isə heç-heçə başa vurub. Nəticədə doqquzuncu yerlə kifayətlənməli olub.

Sputnik Azərbaycan-a müsahibəsində Şəhriyar Məmmədyarov mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan "Shamkir Chess 2019" superturnirindəki uğursuzluğunun səbəblərinə aydınlıq gətirib, həmçinin özünün iddiaçılar turnirində iştiraka vəsiqə qazanmaq uğrunda mübarizəsinin perspektivlərindən danışıb.

© SHAMKIRCHESSAzərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat üzrə VI Vüqar Həşimov memorialında
Şəhriyar Məmmədyarov: Mənim psixoloji problemlərim var - Sputnik Azərbaycan
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat üzrə VI Vüqar Həşimov memorialında

- Şəmkirdə uğursuz çıxışınızın səbəbləri nədir?

- Mənim turnirdə taleyimi həll edən ən vacib partiya üçüncü turda Vişvanatan Ananda qarşı oynadığım partiya oldu. Bu görüşdə mən qaralarla uduş mövqeyində idim, lakin gözlənilən zəfərin əvəzinə məğlub oldum. Düşünürəm ki, analoji vəziyyət Aniş Qrişin də başına gəlib. O da Sergey Karyakinlə olan partiyada uduş mövqeyində idi. Amma sonunda böyük bir üstünlüyü əldən verdi və məğlub oldu. Nəticədə biz hər ikimiz çox pis çıxış etdik, o, üç partiyanı uduzdu, mən isə iki partiyanı. Vişi Ananadla olan partiyada udmaq şansını əldən verəndən sonra mənim sadəcə turnirdə qələbə uğrunda mübarizə aparmaq əzmim qalmadı. Ananda məğlub olmaq mənə psixoloji cəhətdən çox pis təsir göstərdi və bundan sonra hər şey tədricən pisə doğru getdi.

- Bəlkə psixoloji hazırlıqları artırmaq lazımdır?

- Bu turnir uzun sürmədi, ona görə də partiyalar zamanı yaranan şansdan istifadə etmək lazım idi. Misal üçün, 2017-ci ildə mən IV Vüqar Həşimov memorialında udarkən belə bir qeyri-mütənasib vəziyyətə düşmüşdüm. Onda mən Pavel Elyanov və Vladimir Kramniklə partiyalarda pis mövqedə idim. Amma rəqiblərim səhvə yox verdilər və onda qələbə üçün şans yarandı, mən də ondan istifadə etdim. Belə şeylərə daha peşəkar yanaşmaq lazımdır. Nə vaxt ki, şans üzünə gülür, yaxud səndən üz döndərir, emosiyaları həddindən artıq biruzə vermək olmaz, daha sakit olmaq lazımdır. İstənilən halda qələbə şansını qaçırmamağa çalışıram. Yeri gəlmişkən, başa çatmış memorialda Teymur Rəcəbov birinci turdakı partiyada Maqnus Karlsenə qarşı yaxşı mövqe tutmuşdu və ona problem yarada bilərdi. Amma bunu edə bilmədi. Bundan sonra Karlsen komfortlu mövqe tutdu.

© SHAMKIRCHESSAzərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat üzrə VI Vüqar Həşimov memorialında
Şəhriyar Məmmədyarov: Mənim psixoloji problemlərim var - Sputnik Azərbaycan
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat üzrə VI Vüqar Həşimov memorialında

- Siz Şəmkirdə iki dəfə qələbə qazanmısız (2016 və 2017-ci illərdə) və bu turnirlərin heç birində Karlsen iştirak etməyib. O sizə belə təsir göstərir?

- Sözsüz ki, Maqnus iştirak etdiyi istənilən turniri gücləndirir. Onun iştirak etdiyi turnirlərdə oynamaq həmişə sadə deyil. Baxmayaraq ki, mən onun iştirak etdiyi turnirlərdə qələbə qazanmışam. Bu məqamda ötənilki İsveçrə Bilində keçirilən turniri yada salmaq olar. Mən orada nəinki birinci yeri tutmuşdum, həm də Karlsenə qalib gəlmişdim.

Bütün bunlarla yanaşı, onun hazırda dünya şahmatının lideri olduğunu, uzun illər ərzində dünya çempionu titulunu qoruduğunu, dünya reytinqində liderliyi saxladığını və turnirlərin əksəriyyətində qalib gəldiyini etiraf etməmək olmaz. Əlbəttə ki, hazırkı dünya çempionunun iştirak etdiyi turnirlərdə qalib gəlmək xeyli çətindir. Amma heç kəs deyə bilməz ki, bu, mümkün deyil. Bunun üçün öz üzərində daha çox işləməyi davam etdirmək və partiyalara yaxşı hazırlaşmaq lazımdır.

- Heç olmasa, Şəmkirdə Maqnus sizi uda bilmədi...

- Bəli, lakin o, bunu yanvarda Hollandiyada, Veyk-an-Zeydəki turnirdə etmişdi. Onda ümumilikdə ona qarşı yaxşı oynadım və partiyanı sakitcə heç-heçə etmək üçün imkan qazandım. Amma mən udmaq istəyirdim. Riskli oynadım və nəticədə də uduzdum.

© SHAMKIRCHESSAzərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat üzrə VI Vüqar Həşimov memorialında
Şəhriyar Məmmədyarov: Mənim psixoloji problemlərim var - Sputnik Azərbaycan
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat üzrə VI Vüqar Həşimov memorialında

- Bu il sizin üçün yaxşı başlamadı – Veyk-an-Zey və Şəmkirdə uğursuzluq. Sizcə bunun səbəbi nədir?

- Həqiqətən də 2019-cu il mənim üçün çox pis başlayıb. Yeri gəlmişkən, Veyk-an-Zeydə Karlsenə məğlub olmağım mənim sonrakı çıxışlarıma pis təsir elədi. Şəmkirdə Ananda məğlub olmağım da həmçinin, mənə güclü təsir elədi və uğursuz oynamağa başladım. Mənim həqiqətən də psixoloji problemlərim var. Ona görə də məğlubiyyətdən sonra dərhal özümə gələ bilmirəm.

- Nəzərə alanda ki, bir ay sonra siz FİDE Qran-Prisinin birinci mərhələsində çıxış etməlisiz, indi bu uğursuzluqlardan sonra sizə tam bərpa olunmaq lazımdır...

- Qran-Pri turnirləri seriyası iddiaçılar turnirinə seçilmək baxımından bu ilin ən vacib turniridir. Mənim ehtiyatda hələ bir ayım var və bu müddət ərzində tamamilə bərpa olunaraq özümə gələ bilərəm. Ola bilməz ki, bu uğursuzluqlar bütün vaxt ərzində davam etsin. Ümid edirəm ki, yaxın zamanlarda daha yaxşı oynamağa başlayacağam. Həm də Beynəlxalq Şahmat Federasiyası iddiaçılar turnirinin seçim sisteminə dəyişikliklər edib. Turnirləri daha çox nokaut-sistem üzrə oynamaq lazım gələcək. İstənilən halda asan olmayacaq. İndi şahmatda rəqabət çox yüksəkdir. FİDE Qran-Prisinə hazırlıqlara ad günümü qeyd edəndən (12 aprel) dərhal sonra başlayacağam.

© SHAMKIRCHESSAzərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat üzrə VI Vüqar Həşimov memorialında
Şəhriyar Məmmədyarov: Mənim psixoloji problemlərim var - Sputnik Azərbaycan
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Şəmkirdə keçirilən şahmat üzrə VI Vüqar Həşimov memorialında

- 34 yaşınızı necə qeyd edəcəksiz?

- Əlbəttə ki, ailəmin əhatəsində. Amma uzunmüddətli istirahət olmayacaq. Çünki qarşıda çox gərgin mövsüm var. Həm də iddiaçılar turnirinə düşmək şansı qazanmaq üçün böhrandan mümkün qədər tez çıxmaq lazımdır.

Xəbər lenti
0