Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı idmançı Avropa Çempionatının qızıl medalını qazanıb

© AFP 2023 / JACK GUEZДжабраил Гасанов
Джабраил Гасанов - Sputnik Azərbaycan
Abunə olmaq
Finalda Həsənovun rəqibi Rusiya təmsilçisi Ahmed Hacımaqomedov olacaqdı, lakin zədəli olduğu üçün həkimlər idmançının yarımfinalda həlledici görüşə çıxmasına icazə verməyiblər

BAKI, 9 aprel — Sputnik. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa Çempionatının finalında Azərbaycan yığma komandasının 79 kq çəki dərəcəsində olan sərbəst güləşçisi Cəbrayıl Həsənov qızıl medal qazanıb.

Чемпионат Азербайджана по борьбе среди взрослых - Sputnik Azərbaycan
İDMAN
İdmançımızdan erməni rəqibi üzərində parlaq qələbə

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiya Güləş Federasiyasının saytında məlumat yerləşdirilib. Finalda Həsənovun rəqibi Rusiya təmsilçisi Ahmed Hacımaqomedov olacaqdı. Zədəli olduğu üçün həkimlər idmançının yarımfinalda həlledici görüşə çıxmasına icazə verməyiblər. Nəticədə Həsənov qızıl medal əldə edib, Hacımaqomedov isə gümüş medalla kifayətlənməli olub.

Həsənov Avropa Çempionatının final mərhələsinə vəsiqə qazanan üç azərbaycanlı güləşçidən biridir. Qitə çempionatında medal uğrunda Azərbaycandan, həmçinin Ağahüseyn Mustafayev (70 kq çəki dərəcəsində) və üçqat dünya çempionu Hacı Əliyev (56 kq çəki dərəcəsində) yarışırlar.

Xəbər lenti
0