Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Prezident paralimpiyaçılara pul ayırdı

© Official website of President of Azerbaijan Republicİlham Əliyev XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb
İlham Əliyev XV Yay Paralimpiya Oyunlarında iştirak etmiş idmançılarla görüşüb - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Milli Paralimpiya Komitəsinə 500 min manat ayrılıb

BAKI, 4 aprel — Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, sərəncamla Azərbaycanda Paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Komitəyə 500 000 manat ayrılıb.

Xəbər lenti
0