06:57 23 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Qoil vurulan an, arxiv şəkli

FİFA reytinqi açıqlandı, millimizin yeri bilindi

© Sputnik / Anton Denisov
İDMAN
Qısa URL
47 0 0

Digər yığmalarla müqayisədə, bu müddətdə iki matç keçirən Azərbaycan milli komandası mövqeyi qoruyub

BAKI, 4 aprel — Sputnik. Milli komandaların FİFA reytinqi açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, cədvəldə dünyanın 211 yığması yer alıb. 

Fevralın 7-də açıqlanan siyahı ilə müqayisədə cədvəldə bəzi dəyişikliklər baş verib. Buna 8 həftəlik hesabat dövründə keçirilən seçmə və yoxlama oyunları təsir edib.

Digər yığmalarla müqayisədə, bu müddətdə iki matç keçirən Azərbaycan milli komandası mövqeyi qoruyub. AVRO-2020-nin seçmə oyununda Xorvatiyaya 1:2 hesabı ilə uduzan, Litva ilə yoxlama görüşündə qələbə qazana bilməyən (0:0) Nikola Yurçeviçin yetirmələri 1202 xalla yenə 108-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, cədvəlin ilk pillələrində Belçika (1737), Fransa (1734) və Braziliya yığmaları (1676) qərarlaşıblar. İki pillə irəliləyən Türkiyə millisi 1457 xalla 39-cudur.

Əsas mövzular