03:53 22 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8970
Rafael Ağayev

Rafael Ağayevin yeni hədəfi bəlli oldu

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
171 0 0

Yaşar Bəşirov: "Düşünürəm, o, Tokio Olimpiadasında da medal qazanacaq"

BAKI, 3 aprel - Sputnik. Karate üzrə milli komandamız 28-31 mart tarixində Avropa çempionatında iştirak edib. Millimiz vətənə bir qızıl, bir gümüş və iki bürünc medalla qayıdıb. Bu gün Gənclər və İdman Nazirliyində medal qazanmış idmançıların mətbuat konfransı baş tutub.

Sputnik Azərbaycan xəbər verir ki, mətbuat konfransını İdman Nazirliyinin idman şöbəsinin müdiri Fərid Mansurov açıb. O, medal qazanmış idmançılarımızı təbrik etdikdən sonra karatenin inkişafı barədə danışıb: “Karate 2020 Tokio Olimpiadasının gündəliyinə daxil edilib. Şübhəsiz ki, karatenin inkişafı göz önündədir, bu idman növündə rəqabət çoxalıb”.

“Azərbaycan Karate Federasiyası da düzgün istiqamət götürüb. Bu gün uşaq və yeniyetmələrin karateyə böyük marağı var. Karateçilərimizin qarşılarına qoyduqları məqsəd Olimpiya oyunlarına vəsiqə qazanıb, medal əldə etməkdir. Hər bir idmançıya gələcək yarışlarda uğurlar arzu edirəm" – deyə o bildirib.

Sonra Karate Federasiyasının prezidenti Yaşar Bəşirov çıxış edərək bildirib ki, artıq lisenziya yarışları başlayıb: “Çalışırıq ki, hər yarışda daha çox medal qazanaq. Hər uğur bizi olimpiadaya daha da yaxın edir. Rafael Ağayevi bütün dünya tanıyır. Düşünürəm, o, Tokio Olimpiadasında da medal qazanacaq. İrina Zaretska da uğur qazanan idmançılardandır. Avropada məğlub olsa da, digər yarışlarda uğur qazanacağına inanıram”.

“Gələn il Azərbaycanda keçiriləcək 50-ci Avropa çempionatı isə sonuncu lisenziya xarakterli yarış olacaq. Orada da rəqabət güclü olacaq. Bütün dünyanın gözü bizə dikiləcək. Çünki bizim karateçilər bu gün dünyada lideridirlər, xüsusilə Rafael Ağayev. Bütün yığmanın üzvlərinə inanıram. Ümidlərimiz böyükdür. 4 idmançının lisenziya qazanacağına inanırıq”.

Mətbuat konfransında idmançılarımız da çıxış ediblər. Asiman Qurbanlı bundan əvvəl reytinqdə irəliləyə bilməməsinə səbəb kimi əməliyyat olunmasını göstərib: “Əməliyyatdan sonra özümü toparlayammadım deyə reytinqdə irəliləyə bilmirdim. Nəhayət özümü toparladım, Avropada uğur qazandım. Olimpiya oyunlarında uğur qazanacağıma ümidim çoxdur”.

Rafael Ağayev isə ikinci Avropa oyunlarında da uğur qazanmaq istədiyini bildirib.

Əsas mövzular