Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çimərlik güləşçilərimiz Azərbaycanı yeni turnirdə təmsil edəcəklər

© AFP 2023 / Al BelloÇimərlik güləşi
Çimərlik güləşi - Sputnik Azərbaycan
Abunə olmaq
Ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Bəşir İsazadə də yer alacaq

BAKI, 27 mart — Sputnik. Martın 29-30-da Portuqaliyanın Çaves şəhərində çimərlik güləşi üzrə Dünya Seriyası turniri keçiriləcək. Sputnik Azərbaycan Güləş Federasiyasına istinadən xəbər verir ki, yarışda ölkəmizi məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Pənah İlyaslı (70 kq), İbrahim Yusubov (80 kq), Kənan Əliyev (90 kq) və Oyan Nəzəriani (+90 kq) təmsil edəcək.

Ədalət təmsilçiləri arasında beynəlxalq dərəcəli hakim Bəşir İsazadə də yer alacaq.

Qeyd edək ki, Dünya Seriyası çərçivəsində növbəti analoji yarış mayda Braziliyada baş tutacaq. Bu turnirlərdə toplanacaq xallarla oktyabrda Amerika Birləşmiş Ştatlarında təşkil olunacaq Dünya Çimərlik Oyunlarına lisenziyaların sahibləri müəyyənləşəcək.

Xəbər lenti
0