17:32 28 Noyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
125 0 0

Bu barədə idmançı öz Twitter səhifəsində yazıb

BAKI, 26 mart - Sputnik. Qarışıq döyüş növlərində çıxış edən irlandiyalı idmançı, iki çəki dərəcəsində keçmiş UFC çempionu Konor Makqreqor karyerasına son qoyduğunu bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə idmançı öz "Twitter" səhifəsində yazıb.

O, öz həmkarlarına uğurlar arzulayıb və əlavə edib ki, karyearsına  son vermiş həmkarlarının sıralarına qoşulacaq. 

Xatırladaq ki, 30 yaşlı idmançı  bu günə qədər iştirak etdiyi görüşlərdə 21 dəfə qələbə çalıb və 4 dəfə məğlub olub.

İdmançı, eyni zamanda professional boks qaydaları ilə amerikalı kiçik - Floyd Meyvezerlə döyüşüb və nəticədə texniki nokaut ilə məğlub olub.

Əsas mövzular