Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Litvada baş məşqçi postuna gətirilən azərbaycanlı: “Futbolçu kimi də oynayacam”

Abunə olmaq
“Məqsədimiz Litvada çimərlik futbolunu inkişaf etdirməkdir”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 19 mart — Sputnik. Azərbaycanın çimərlik futbolu üzrə idmançısı Sahib Məmmədov Litvanın çimərlik futbolu üzrə milli komandasının yeni baş məşqçisi təyin edilib. O, bundan sonra Litva milli yığmasını formalaşdıracaq. Gələn aydan etibarən beynəlxalq yarışlarda Litvanı Sahib Məmmədovun başçılıq etdiyi komanda təmsil edəcək.

© Sputnik / Tarana KhudabakhshiyevaSahib Məmmədov
Litvada baş məşqçi postuna gətirilən azərbaycanlı: “Futbolçu kimi də oynayacam” - Sputnik Azərbaycan
Sahib Məmmədov

Azərbaycanlı mütəxəssis Sahib Məmmədov Sputnik Azərbaycan-a müsahibəsində peşəsi ilə bağlı bir sıra məqamlara aydınlıq gətirib.

- Neçənci ildən çimərlik futbolu ilə məşğul olursunuz?

- 2008-ci ildə Azərbaycanda çimərlik futbolu oynamağa başladım. 2014-cü ilə kimi Azərbaycanın milli çimərlik futbolunun idmançısı oldum. Daha sonra isə Türkiyəyə köçdüm. 2014-cü ildən Türkiyədə oynayıram. İki il Türkiyədə yaşadım, 2017-ci ildə Litvaya köçdüm və orada ailə qurdum. Artıq neçə ildir ki, orada yaşayıram. Eyni zamanda, Türkiyədə Arsuz Bələdiyyəsinin klubunda da oynayıram.

Manolo El Del Bombo stadionda digər azarkeşləri salamlayır - Sputnik Azərbaycan
İDMAN
Futbol üçün ailəsini qurban verdi, beş övladını tərk etdi

- Necə oldu ki, Litva milli yığmasına baş məşqçilik etmək təklifi gəldi?

- Litvada çimərlik futbolu inkişaf etməyib. Mən də "İnkaraz" klubunda məşq edirdim. Keçən mövsümdə Litva çempionatı olmuşdu. Orada oyunumu bəyəndilər və təcrübəmə güvənərək məni baş məşqçi postuna dəvət etdilər. Mən də böyük məmnuniyyətlə razılaşdım. Məqsədimiz də odur ki, Litvada çimərlik futbolunu inkişaf etdirək.

- Bundan sonra fəaliyyətinizi ancaq məşqçi kimi davam etdirəcəksiniz?

- Məşqçi kimi özümü ilk dəfə sınayacağam. 11 illik təcrübəmlə bu sahədə də uğur qazanacağıma inanıram. Ancaq tək məşqçiliklə kifayətlənmək fikrim yoxdur. Eyni zamanda Türkiyədə Arzus Bələdiyyəsinin klubunda oynamaqda davam edəcəyəm. İldə iki dəfə gedib klubumu təmsil edəcəyəm. Karyerama idmançı kimi son qoymaq fikrim yoxdur. Ən azı, 4 il futbolçu kimi məşqləri davam etdirəcəyəm.

© Sputnik / Tarana KhudabakhshiyevaSahib Məmmədov
Litvada baş məşqçi postuna gətirilən azərbaycanlı: “Futbolçu kimi də oynayacam” - Sputnik Azərbaycan
Sahib Məmmədov

- Sizə Azərbaycandan təklif gəlsə, qayıdarsınız?

- Nə zamansa, təklif gəlsə, əlbəttə ki, qayıdaram. Axı Azərbaycan mənim vətənimdir.

- Türkiyə ilə Litva çimərlik futbolunun fərqi nədir?

- Türkiyədə çimərlik futbolu daha yüksək səviyyədədir. Litvada isə komanda yeni yaranır.

- Litvaya Azərbaycandan idmançı dəvət edəcəksiniz?

- Gələn aydan məşqlərə başlayacağıq. Azərbaycan çimərlik idman növündə yaxşı idmançılar çoxdur. Ehtiyac olarsa, o idmançılardan dəvət edə bilərik.

- Gələcəkdə öz məktəbinizi açmaq kimi planınız varmı?

- Maddi cəhətdən mənə dəstək olan olsa, öz məktəbimi də aça bilərəm. Bunu da zaman göstərəcək.

Xəbər lenti
0