Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı atletdən tarixi uğur – Qızıl medal

© © AAF-ın mətbuat xidmətiDünya birinciliyinin qalibi Rəhman Kazımov
Dünya birinciliyinin qalibi Rəhman Kazımov - Sputnik Azərbaycan
Abunə olmaq
Rəhman Kazımov təkanla qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 174 kq nəticə göstərib

BAKI, 16 mart — Sputnik. ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağırlıqqaldıranlar arasında 8-ci dünya birinciliyi başa çatıb.

Dopinq Analiz Laboratoriyası, arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanlı atlet 2025-ci ilədək çıxış edə bilməyəcək

Sputnik Azərbaycan xəbər verir ki, 50 ölkədən 200-dən çox atletin mübarizə apardığı mundialda Azərbaycan milli komandasının üzvləri də iştirak ediblər.

Yarışın son günündə körpücük üzərinə yeniyetmələr arasında Avropa birinciliyinin mükafatçısı Rəhman Kazımov (102 + kq) çıxıb.

Atlet təkanla qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 174 kq nəticə göstərib. Yekunda o, bu hərəkətdə bütün rəqiblərini üstələyərək dünya birinciliyinin qızıl medalına sahib çıxıb. Birdən qaldırma hərəkətində 131 kq nəticə göstərən idmançı toplam 305 kq-la 4-cü olub.

Azərbaycanın yeniyetmə ağırlıqqaldıranlarından bu vaxta qədər heç kim dünya birinciliyində nə ayrı hərəkətdə, nə də toplamda qızıl medal qazanmayıb. Bu baxımdan Kazımovun medalı tarixə düşüb.

Xəbər lenti
0