Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Paytaxtda mötəbər yarışa start verilir

© Sputnik / Anton Denisov / Mediabanka keçidKarate yarışları, arxiv şəkli
Karate yarışları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Yubiley turnirinin təntənəli açılış mərasimi 15 martda saat 17:00-da başlanacaq

BAKI, 14 mart — Sputnik. 14-17 mart tarixlərində Bakıda "Sərhədçi" İdman Olimpiya Mərkəzində 10-cu "Baku Open" Beynəlxalq Karate Turniri keçiriləcək. Azərbaycan Milli Karate Federasiyasının yaranmasının 25 illik yubileyinə həsr olunmuş yarış, həmçinin 2020-ci il Bakıda böyüklərin 55-ci Avropa çempionatının təşkili üçün sınaq xüsusiyyəti daşıyır. 

Karate yarışları, arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
Azərbaycanda beynəlxalq yarış keçiriləcək

Sputnik Azərbaycan Karate Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında yubiley turnirində 10-dan artıq ölkədən 1000-dən yuxarı karateçinin iştirakı gözlənilir. Turnirin yüksək səviyyədə təşkil edilməsi üçün Dünya Karate Federasiyasının (WKF) və Avropa Karate Federasiyasının (EKF) rəsmiləri və mütəxəssislər, eləcə də bir neçə ölkədən beynəlxalq hakimlər dəvət olunub.

Fərdi kata və kumite üzrə yarışın ilk günü böyüklər və 35 yaşdan yuxarı veteranlar mübarizə aparacaqlar. Ertəsi gün 16-17 yaşlı və 21 yaşadək gənclər tatamiyə çıxacaq. 16 martda 12-13 yaşlı uşaqlar və 14-15 yaşlı yeniyetmələr, bazar günü isə 6-11 yaşadək uşaqlar döyüşəcəklər.

Qeyd edək ki, yubiley turnirinin təntənəli açılış mərasimi 15 martda saat 17:00-da başlanacaq.

Xəbər lenti
0