Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Karateçilərimiz Türkiyədə zəfər qazanıblar

© AFP 2023 / TOBIAS SCHWARZ Karate yarışları, arxiv şəkli
Karate yarışları, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanlı idmançılar beynəlxalq karate turnirində 14 medal qazanıblar

BAKI, 11 mart — Sputnik. Azərbaycan karateçiləri 9-10 mart tarixlərində İstanbulda 32-ci "Bosphorus Cup" beynəlxalq karate turnirində 14 medal qazanıblar. Bu barədə Sputnik Azərbaycan-a Karate Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Nurlanə Əhmədova - Sputnik Azərbaycan
HADİSƏ
Xanım idmançının ölümü ətrafında müəmma: Gecəyarısı məşq zalında nə işi vardı?!

Mükafatların beşi qızıl, dördü gümüş, beşi isə bürüncdür. Qızıl medal qazananlar Vüsal Qəmbərov (fərdi kumite, 10 yaşlı uşaqlar -30 kq), Məhəmməd Xamoyev (fərdi kumite, 13 yaşlı uşaqlar -45 kq), Ramil Baxşəliyev (fərdi kumite, 14-15 yaşlı yeniyetmələr -52 kq) , Hüseyn Məmmədli (fərdi kumite, 16-17 yaşlı yeniyetmələr -61 kq) və Osman Osmanlıdır (fərdi kumite, 16-17 yaşlı yeniyetmələr +76 kq).

Gümüş medalları isə Rüstəm Rzayev (fərdi kumite, 10 yaşlı uşaqlar +45 kq), Kamil Kərimli (fərdi kumite, 11 yaşlı uşaqlar -45 kq), Ayxan Allahverdiyev (fərdi kumite, 12 yaşlı uşaqlar -52 kq) və Rəsul Abbasov (fərdi kumite, 13 yaşlı uşaqlar -45 kq) qazanıb.

Bürünc medal sahibləri Əli Ağayev (fərdi kumite, 10 yaşlı uşaqlar -40 kq), Aysu Əliyeva (fərdi kumite, 13 yaşlı uşaqlar -44 kq), Fərid Savadov (fərdi kumite, 14-15 yaşlı yeniyetmələr -52 kq), Ruslan Qafarlı (fərdi kumite, 14-15 yaşlı yeniyetmələr -57 kq) və Fərid Ağayevdir (fərdi kumite, 16-17 yaşlı yeniyetmələr -76 kq).

Qeyd edək ki, ənənəvi turnirndə 31 ölkədən 1299 müxtəlif yaşlı karateçi iştirak edib.

Xəbər lenti
0