Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Komanda dağılır – Prezident və aparıcı oyunçu söyüşdülər

© REUTERS / SERGIO PEREZÇempionlar Liqasında "Real Madird" - "Ayaks" oyunundan sonra tablo
Çempionlar Liqasında Real Madird - Ayaks oyunundan sonra tablo - Sputnik Azərbaycan
Abunə olmaq
Florentino Peres komandanın paltardəyişmə otağına daxil olaraq futbolçulara ağır sözlər deyib

BAKI, 9 mart — Sputnik. Çempionlar Liqasının 1/8 finalında Hollandiyanın "Ayaks" klubuna məğlub olaraq mübarizəni dayandıran "Real Madrid"də vəziyyət pisləşib.

Sputnik Azərbaycan "Ajansspor"a istinadla xəbər verir ki, oyundan sonra "Real Madrid"in kapitanı Serxio Ramos və prezidenti Florentino Peres arasında dava düşüb.

Kristian Eriksen - Sputnik Azərbaycan
İDMAN
"Real" 250 milyon avroya məşhur futbolçuya əvəz tapdı

Oyundan sonra Florentino Peres komandanın paltardəyişmə otağına daxil olaraq futbolçulara ağır sözlər deyib. Serxio Ramos isə komanda yoldaşlarını müdafiə edərək "bunun tək günahkarı biz deyilik. Yayda hücumçu alacağıq dedin, amma almadın" söyləyib. Bu zaman Peres Ramosu komandadan qovmaqla hədələyib. Amma futbolçunun cavabı daha sərt olub: "Müqaviləmin qalan hissəsində nəzərdə tutulan maaşımı verin, bu dəqiqə gedirəm".

Onların çox yüksək səslə mübahisə etdiyi deyilir.

İspaniya Liqasında çempionluqdan getdikcə uzaqlaşan, Kral Kubokunda "Barselona"ya, Çempionlar Liqasında isə "Ayaks"a məğlub olan "Real Madrid"in prezidenti Florentino Peres yeniden fransalı ulduz Zinnədin Zidanı komandanın baş məşqçisi etmək üçün hərəkətə keçib. Amma Zidanın bu təklifi rədd etdiyi deyilir. Digər namizəd kimi Joze Mourinyonun adı çəkilir.

Xatırladaq ki, həm Zidan, həm də Mourinyo "Real"ın baş məşqçisi olublar.

Xəbər lenti
0