11:19 22 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Cüdo üzrə dünya çempionatının qarışıq komanda yarışları

Azərbaycan millisinin böyük uğuru

© Official web-site of President of Azerbaijan Republic
İDMAN
Qısa URL
25 0 0

Azərbaycan millisi Böyük Dəbilqə turnirində 93 ölkə arasında 3-cü olub

BAKI, 25 fevral - Sputnik. Azərbaycan cüdo yığması Almaniyanın Düsseldorf şəhərində keçirilən Böyük Dəbilqə turnirində 93 ölkə arasında üçüncü yeri tutub.

"Report"un məlumatına görə, milli komanda bu uğura 1 qızıl, 3 bürünc medal sayəsində nail olub.

Məlumata görə, 9 qızıl, 3 gümüş, 2 bürünc medal qazanan Yaponiya birinci, 1 qızıl, 1 gümüş, 3 bürünc medalı olan Braziliya 2-ci yeri tutub.

Amma kişilərin yarışında Azərbaycan 1 qızıl, 2 gümüş medalla yalnız Yaponiyadan geri qalıb. Gündoğar ölkə 6 qızıl, 2 gümüş medala yiyələnib. Qadınların yarışında isə 1 bürünc medal əldə edən milli komanda Avstriya və Portuqaliya ilə birgə 14 - 16-ci yerləri bölüşdürüb.

Qeyd edək ki, Böyük Dəbilqə turnirində Məmmədəli Mehdiyev (90 kq) qızıl, Rüstəm Orucov(73 kq), Zelim Kotsoyev (100 kq) və İrina Kindzerska (+78 kq) bürünc medal qazanıb.

 

Əsas mövzular