Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı idmançı "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb

© Sputnik / Murad FarzaliyevАзербайджанский дзюдоист Рустам Оруджев вышел в финал Летних Олимпийских игр
Азербайджанский дзюдоист Рустам Оруджев вышел в финал Летних Олимпийских игр - Sputnik Azərbaycan
Abunə olmaq
Rüstəm Orucov "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb

BAKI, 23 fevral - Sputnik. Azərbaycan cüdoçusu Rüstəm Orucov Almaniyanın Düsseldorf şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində bürünc medal qazanıb.

"Report"un məlumatına görə, 73 kq çəki dərəcəsində yer alan 28 yaşlı idmançı ardıcıl ikinci il Düsseldorfda fəxri kürsüyə yüksəlib.

Mübarizəyə 1/16 final mərhələsindən başlayan Orucov əlcəzairli Fethi Nureni vaxtından əvvəl, italiyalı Covanni Espozitonu vaza-ari hesabına üstələdikdən sonra 1/4 finala çıxıb. Lakin yarımfinala gedən yolda onun qarşısını 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının və ötən il Düsseldorf "Böyük Dəbilqə"sinin finalında uduzduğu yaponiyalı Söhey Ono kəsib. Olimpiya və 4 qat dünya çempionu tituluna malik Ono azərbaycanlı cüdoçuya 1 dəqiqə 38 saniyəyə ipponla qalib gəlib. O, həm də finalda həmyerlisi Masaşi Ebinumanı yenərək, "Böyük Dəbilqə"nin qalibi olub.

Orucov isə təsəlliverici görüşdə polşalı Viktor Mrovçinskini 1 dəqiqə 49 saniyəyə, bürünc medal görüşündə isə dünya və Avropa çempionatlarının mükafatçısı, rusiyalı Musa Moquşkovu 3 dəqiqə 14 saniyəyə ipponla ipponla məğlub edib. Beləliklə, təcrübəli cüdoçu ötən il gümüş medal qazandığı Düsseldorfda bu dəfə bürünc medala sahib çıxıb.

Bu, Azərbaycan yığmasının "Böyük Dəbilqə"də ilk medalı olub. Bu gün mübarizəyə 81 kq çəki dərəcəsində qoşulan Fəqan Quluzadə və Murad Fətiyev iki mərhələ keçmələrinə baxmayaraq, 1/8 finalda uduzaraq, mübarizəni dayandırıblar. İlk yarış günündə isə 3 kişi və 4 qadın cüdoçu erkən məğlubiyyətlərə düçar olublar.

Qeyd edək ki, "Böyük Dəbilqə"nin son günündə kişilərdən 90 kq-da Məmmədəli Mehdiyev 1/32 finalda israilli Li Koçmanla, 100 kq-da Zelim Kotsoyev avstriyalı Aaron Fara ilə, Elmar Qasımov1/16 finalda Tomas Briseno (Çili) - L.A.Smit III (ABŞ) cütünün, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda Fransisko Solis (Çili) - Ceyqu Yun (Cənubi Koreya) cütünün qalibi ilə qarşılaşacaq. Qadınların yarışında isə 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska 1/8 finalda Sandra Yablonskite (Litva) - Kseniya Çibişova (Rusiya) cütünün qalibi ilə görüşəcək.

Xəbər lenti
0