06:49 19 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.9271
Manolo El Del Bombo stadionda digər azarkeşləri salamlayır

Futbol üçün ailəsini qurban verdi, beş övladını tərk etdi

© AFP 2019 / JUSSI NUKARI
İDMAN
Qısa URL
53 0 0

"5 övladımı və həyat yoldaşımı tərk etmişəm" - İspan millisinin azrkeşi

BAKI, 17 fevral — Sputnik. İspaniya millisinin bir nömrəli azarkeşi hesab edilən Manolo El Del Bombo 50 ildən artıqdır ki, baraban çalmaqla bütün oyunlarda komandasına dəstək verir.

Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, futbol sevgisi, İspaniya komandasından asılılıq onun ailəsinin dağılmasına da səbəb olub. Lakin Manuilo buna görə peşmanlıq hissi yaşamır: "Yenidən həyata gəlsəydim, yenə də baraban çalmaqla komandama azarkeşlik edib dəstək nümayiş etdirərdim. Bu mənim üçün böyük zövqdür. Futbola görə, bir çox şeylərimi, ailəmi itirmişəm. 5 övladımı və həyat yoldaşımı tərk etmişəm. Lakin bütün bu olanlara görə heç də peşman deyiləm" – deyə Manulo bildirib.

Bu vaxtadək komandasını bir çox ölkələrdə, təxminən isə 400 oyunda müşayiət edən Manulonun Valensiyada barı və muzeyi də var: "Bu muzey və bara gələnlərin əksəriyyəti mənim fanatımdır. Onlar hər gün gəlib mənimlə yüzlərlə şəkil çəkdirirlər".

Qeyd edək ki, dünyanın ən məşhur fanatlarından biri hesab edilən Manulo hər zaman ispaniya futbol komandası üçün ayrılan xüsusi təyyarədə futbolçularla birgə müxtəlif ölkələrə səfər edir.

Əsas mövzular