Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı atlet 2025-ci ilədək çıxış edə bilməyəcək

© AP Photo / Alexander ZemlianichenkoDopinq Analiz Laboratoriyası, arxiv şəkli
Dopinq Analiz Laboratoriyası, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Federasiya nümayəndəisi: "Qərar rəsmidir və bizə yalnız onunla razılaşmaq qalır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. Ağırlıqqaldırma üzrə Azərbaycan millisinin keçmiş üzvü İntiqam Zairov yenidən iki il müddətinə diskvalifikasiya olunub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Beynəlxalq Ağırlıqqaldırma Federasiyası qərar qəbul edib. Karyerasına son verən idmançının 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş dopinq-testin təkrar analizi müsbət nəticə verib. Onun orqanizmində xlordehidrometil-testosteron maddəsi aşkarlandığından İntiqam Zairov 24 aylıq cəza alıb. Onun cəzası 23 dekabr 2023-cü ildən hesablanacaq.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının binası - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni fakültə açılıb

Məsələ ilə bağlı Ağır Atletika Federasiyasının mətbuat katibi Kənan Məstəliyev açıqlama verib. O, deyib ki, İntiqam Zairovun 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında götürülmüş dopinq-testinin təkrar analizinin müsbət nəticə verməsi məlumatı doğrudur: "Orqanizmində qadağan olunmuş maddə aşkarlanan atletin cəzası 2025-ci ilə qədər davam edəcək. Qərar rəsmidir və bizə yalnız bu qərarla razılaşmaq qalır. Onu da qeyd edirik ki, Azərbaycan Ağır Atletika Federasiyası dopinqdən istifadəyə qarşıdır və qadağan olunmuş maddələrin qəbulu ilə mübarizə aparır".

Qeyd edək ki, İntiqam Zairov bu günə kimi iki dəfə dopinqdən istifadəyə görə cəzalandırılmışdı. O, 13 aprel 2013-cü ildə xlordehidrometil-testosterondan yararlandığı üçün 2 illik sanksiya ilə üzləşib. 21 dekabr 2015-ci ildə isə orqanizmində xlordehidrometil-testosteron və nandrolon dekanoat tapılması səbəbindən 8 il müddətinə diskvalifikasiya olunmuşdu.

Xəbər lenti
0