07:41 21 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8962
Pauerliftinq üzrə Dünya kuboku

Paralimpiyaçımız beynəlxalq yarışda bürünc medal qazanıb

© AP Photo / Rick Rycroft
İDMAN
Qısa URL
38 0 0

Şamo Aslanov 107 və yuxarı çəki dərəcəsində yarışan idmançılar arasında 206 kq ağırlığı qaldıraraq üçüncü yerə layiq görülüb.

BAKI, 13 fevral — Sputnik. Pauerliftinq idman növü üzrə Paralimpiya Milli Komandamızın idmançıları Birləşmiş Ərəb Əmirliklərində Dünya kuboku yarışlarında iştirak edirlər.

Sputnik Azərbaycan xəbər verir ki, dünən yarışlara qatılan idmançımız Şamo Aslanov 107 və yuxarı çəki dərəcəsində yarışan idmançılar arasında 206 kq ağırlığı qaldıraraq üçüncü yerə layiq görülüb.

Qeyd edək ki, yarışların ilk günündə 49 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan yığmasının üzvü Pərvin Məmmədov 145 kq ağırlığı qaldıraraq gümüş medal qazanıb.

Əsas mövzular