15:03 19 İyul 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0271
  • EUR1.9142
UFC idman növü üzrə dünya çempionu Həbib Nurməhəmmədov və irlandiyalı idmançı Konor Makqreqor

Nurməhəmmədov bonus tələb etdi

© AP Photo / John Locher
İDMAN
Qısa URL
105 0 0

İdmançı UFC prezidentinə müraciət edib

BAKI, 3 fevral — Sputnik. UFC idman növü üzrə dünya çempionu Həbib Nurməhəmmədov sosial şəbəkədə maraqlı tələblə çıxış edib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, irlandiyalı idmançı Konor Makqreqora zərbə vurduğu üçün sparinq-tərəfdaşı Əsədulla Əmirağayevə bonus verilməsini istəyib.

Nurməhəmməd UFC-nin prezidenti Dayn Uayta müraciət edib. Döyüşçü bildirib ki, gecənin ən yaxşı zərbəsini Əsədulla Əmirağayev Makqreqora kürəyinin arxasından vurub. O, həmin hadisənin şəklini də “Twitter”-də paylaşıb. 

Qeyd edək ki, Nurməhəmmədov UFC idman növü üzrə yüngül çəkidə çempion olub. Ötən ilin sonunda Konor Makqreqora qalib gələrək çempion titulunu özündə saxlayıb. Döyüşdən sonra baş verən dava həmin döyüşün daha da səs-küy yaratmasına səbəb olub. Hətta idmançılar bu yarışa görə cəza da alıblar. Belə ki, Həbib Nurməhəmmədov rəqibini vurduğu üçün 9 ay müddətinə idman yarışlarında iştirakı qadağan edilib. O, eyni zamanda 500 min dollar məbləğində cərimə də ödəməlidir. Konor Makqreqor isə 6 ay müddətinə rinqə çıxa bilməyəcək. O, həm də 50 min dollar məbləğində cərimə ödəyəcək.

Əsas mövzular