09:56 23 Fevral 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0259
  • EUR1.9270
Ağır atletika məşqləri, arxiv şəkli

Üç yüzdən çox ağır atletimiz mübarizəyə qoşulub

© Sputnik / Grigory Sysoyev
İDMAN
Qısa URL
14 0 0

Ağır atletika üzrə mərhələ yarışları keçirilib

BAKI, 30 yanvar — Sputnik. 19-27 yanvar tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 1-ci seçmə mərhələ yarışları keçirilib.

Sputnik Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsi olub. 

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçirilib. Xırdalanda yanvarın 19-da Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulublar. 23-24 yanvar tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, yanvarın 26-27-də isə Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Yevlax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxıblar.

Birinci mərhələ yarışlarında, ümumilikdə 300-dən çox atlet mübarizə aparıb.

Yarış şəxsi xarakter daşıyıb və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 12 olan idmançılar buraxılıblar. Mərhələ yarışlarında 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001-ci il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən edilib.

Qeyd edək ki, mərhələ yarışları ildə 4 dəfə keçirilir.

Əlaqədar

Valentin Xristov: Olimpiadada yüngül və ağır atletika yarışları maraqsız olacaq
İslam Oyunlarında ağır atletika yarışları başlayır
İslam Oyunlarının ən yaxşı ağır atletləri seçilib
Azərbaycanlı ağır atletlər Dohaya gedir
Teqlər:
idmançı, yarış, ağır atletika, ağır atlet

Əsas mövzular