Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Yerli pəhləvanlar üçün sınaq yarışları olacaq

© Sputnik / Murad OrujovGüləş üzrə ölkə birinciliyi, arxiv şəkli
Güləş üzrə ölkə birinciliyi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu yarışda paytaxtın gənc güləşçiləri də qüvvələrini sınayacaqlar.

BAKI, 21 yanvar — Sputnik. Yanvarın son 10 günündə yeniyetmələr arasında zona birincilikləri keçiriləcək. 

Sputnik Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralda təşkil olunacaq Azərbaycan çempionatına seçim xarakteri daşıyan yarışlar beş məkanda baş tutacaq. Belə ki, yanvarın 22-23-də Sabirabadda, yanvarın 24-25-də Sumqayıtda, yanvarın 26-27-də Yevlaxda, yanvarın 29-30-da isə Gəncədə yeniyetmələrin mübarizəsi keçiriləcək. Bakı çempionatı isə yanvarın 22-dən 26-dək davam edəcək.

Bu yarışda paytaxtın gənc güləşçiləri də qüvvələrini sınayacaqlar.

Xəbər lenti
0