CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Etiraz edən idmançılardan xəbər var

© Sputnik / Murad OrujovGənclər və İdman Nazirliyi
Gənclər və İdman Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Nicat Mirzəyev: “O zaman konkret olaraq bizim məsələmiz ilə bağlı qərar veriləcək”

BAKI, 16 yanvar — Sputnik. Artıq bir neçə gündür ki, Basketbol Federasiyasının məşqçiləri idman aləminin gündəmindədir. Belə ki, məşqçilər Federasiya prezidenti Nadir Nəsibovdan narazı olduqlarını bildirirlər. Bu narazılıq onları, hətta mətbuat konfransı belə, keçirməyə vadar edib.

Bu gün isə onların Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Fərid Mansurovla görüşləri olub. Bu barədə Sputnik Azərbaycan-a “Alov” klubunun məşqçisi Nicat Mirzəyev məlumat verib.

O deyib ki, bu gün Gənclər və İdman Nazirliyində onların şikayəti dinlənib: “Biz məşqçilər Fərid Mansurov və Nazirliyin nümayəndələri ilə görüşdük. Biz dinlədilər, yaxın zamanda yenə də görüşümüz olacaq. O zaman bizim məsələmizlə bağlı konkret qərar veriləcək. Biz də gözləyirik”.

Xəbər lenti
0