05:09 26 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Bakı İdman Sarayı

Bakıda daha bir beynəlxalq turnir keçiriləcək

© Official web-site of President of Azerbaijan Republic
İDMAN
Qısa URL
24 0 0

Yarışın açılış mərasimi 19 yanvar, saat 17:00-da olacaq.

BAKI, 15 yanvar — Sputnik. 18-20 yanvar tarixlərində Bakı İdman Sarayında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş növbəti "Arpaçay Open" beynəlxalq karate turniri keçiriləcək.

Karate Federasiyasının mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, uşaqlar, yeniyetmələr və gənclər arasında klublararası açıq turniri Azərbaycan Milli Karate Federasiyası (AMKF) və "Arpaçay" karate klubu birgə təşkil edir. Yarışın açılış mərasimi 19 yanvar, saat 17:00-da olacaq.

Turnirin ilk günü bütün yaş qruplarında fərdi kata yarışları, ertəsi gün 6-11 yaşlı uşaqlar arasında fərdi və komanda kumite çıxışları, son gün isə 12-13 yaşlı uşaqlar, 14-15 yaşlı yeniyetmələr və 16-17 yaşlı gənclərin müxtəlif çəkilərdə kumite görüşləri keçiriləcək. Qalib və mükafatçılar təşkilatçıların təsis etdiyi diplom, kubok və medallarla təltif ediləcək.

 

 

Əsas mövzular