Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Basketbolçularımız Federasiya prezidentinin istefasını tələb edirlər

© Sputnik / Tarana KhudabakhshiyevaBasketbol üzrə komanda məşqçilərinin mətbaut konfransı
Basketbol üzrə komanda məşqçilərinin mətbaut konfransı - Sputnik Azərbaycan
Abunə olmaq
Bəhram Abdinov Federasiyanın prezidentini səhlənkarlıqda ittiham edib

BAKI, 15 yanvar — Sputnik. Bu gün Azərbaycan Basketbol Federasiyasının məsul işçiləri mətbuat nümayəndələri qarşısına çıxaraq məşqçi Tahir Baxşıyev istefasi ilə bağlı açıqlama veriblər. Sputnik Azərbaycan xəbər verir ki, “NTD” basketbol klubunun prezidenti Bəhram Abdinov çıxış edərək mətbuat konfransının məqsədi barədə açıqlama verib.

Gənclər və İdman Nazirliyi - Sputnik Azərbaycan
İDMAN
Nazirlik Basketbol Federasiyasının ittihamlarına cavab verdi

“Məqsədimiz Azərbaycan çempionatının keçirilməsi, həmçinin Basketbol Federasiyasının hazırkı vəziyyəti ilə bağlıdır. 12 ildir ki, Nadir Nəsibov Basketbol Federasiyasının prezidentidir. Və hər il Federasiya daha da batır” – deyə B.Abdinov bildirib. 

O, həmçinin yarışlarda iştirak edə bilmədiklərini də qeyd edib: “Heç bir yerdə iştirak edə bilmirik. Bəzi yarışlara öz hesabımıza gedirik. Azərbaycan çempionatı boş zallarda keçir. Sponsorlar yoxdur. Sponsor olanlar da klubları tərk edib. Artıq hər şeyi özümüz edirik. Hətta hesabat vermək üçün kağızı belə, özümüz alırıq”. 

B.Abdinov Federasiyanın prezidentini səhlənkarlıqda ittiham edib: “Nadir Nəsibov axırıncı dəfə 4 il əvvəl yarışlara gəlib. Heç nə ilə maraqlanmır. Yarışlarda hamı sponsoru ilə gözəl şəkildə çıxır, biz isə biabırçı halda yarışa çıxırıq. Bu, bizim üçün çox pis vəziyyətdir”.

Daha sonra “Alov” klubunun nümayəndəsi Nicat Mirzəyev çıxış edib: “Mən basketbola böyük ümidlərlə gəlmişdim. Yarışlar keçirdim, amma federasiya bir dəfə də olsun mənimlə maraqlanmadı, sponsor da tapa bilmədim. Sponsora müraciət edəndə deyirlər ki, “Azərbaycanda basketbol var ki, sponsorluq edək?””.

“Basketbola böyük həvəsi olan gənclərimiz də 18 yaşa çatanda çıxıb gedirlər. Federasiyada kadr dəyişikliyi olmasa, istedadlı gənclərimizi itirəcəyik. Azərbaycan çempionatı ilə bağlı vəziyyət biabırçı həddədir. Çempionatı keçirmək üçün top belə, yoxdur” – deyə o qeyd edib.

Milli yığmanın üzvü və “Astop” klubunun nümayəndəsi Fuad Niftəliyev də daha öncəki çıxışçıların dediklərini təsdiqləyib: “Kişilər arasında milli yığmanın vəziyyəti bərbaddır.  Dəstək yox, zal yoxdur. Zalları kirayə götürüb məşq edirik. Klassik basketbol, ümumiyyətlə, yoxdur. 6-7 ildir komanda yoxdur, yarış keçirilmir. Mən özüm də oynayıram, amma yarış görmürük”.

Basketbol. Arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
Basketbol yığmamız Malta komandasını məğlub etdi

Daha sonra isə “NTD” klubunun istefa vermiş rəhbəri Tahir Baxşıyev özü danışıb: “Dünən iclasda ərizə yazıb işdən çıxdım. Milli komanda yoxdursa məşqçi nəyə lazımdır? Belə işləyə bilmərəm. Zal soyuqdur, məşq keçməyə şərait yoxdur. Zalımız yoxdursa, necə məşq edə bilərik? Biz çox susduq, amma artıq belə davam edə bilməz. Biz zal, tələbə istəyirik”.

“İstəyirik ki, Azərbaycanda da basketbol olsun. Yaxşı ki, Təhsil İdarəsi və İdman Nazirliyi var. Millini yarışa İdman Nazirliyi göndərir, təhsil idarəsi sayəsində məşqçilər uşaq yetişdirirlər. Əks halda, basketbol heç olmaz. Federasiya rəhbərliyi istəyir ki, biz kənara keçək və basketbol məhv olsun. Ancaq biz bunu istəmirik və bayrağımızı dünyada qaldırmaq istəyirik” – deyə T.Baxşıyev vurğulayıb.

T.Baxşıyevdən sonra B.Abdinov bir məsələyə də aydınlıq gətirib: “Bəziləri elə bilir, biz bunu ona görə edirik ki, Basketbol Federasiyasının prezidenti olum. Bu vəzifə mənə lazım deyil. Biz sadəcə normal rəhbər istəyirik. Əminik ki, yaxşı rəhbər tapılacaq və maddi problemlər də öz həllini tapacaq”.

Mətbuat konfransında çıxış edən məşqçilər qeyd ediblər ki, bu il Avropa Gənclər Festivalı keçiriləcək. Ancaq ora yalnız 1-2 yerli idmançı göndəriləcək: “Daha çox legioner gətirəcəklər ki, qalib olsunlar. Amma bu, Federasiyanın legioner uğuru olacaq. Legionerlər də öz ölkələrinə qayıdacaq və hər şey bitəcək. Biz legionerlərin yox, öz istedadlı gənclərimizin qalib olmasını istəyirik”.

“Federasiyada oturanların basketboldan xəbəri yoxdur. Biz istəyirik basketboldan xəbəri olan insanlar rəhbərlik etsinlər ki, Federasiyanı idarə edə bilsinlər” – deyə vurğulayıblar.

Xəbər lenti
0