Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Baş məşqçi Özilin “kitabını” bağladı

© AP Photo / Rui VieiraMəsud Özil, arxiv şəkli
Məsud Özil, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Özil "Arsenal"-a Madrid "Real"ından 2013-cü ildə keçib

BAKI, 15 yanvar — Sputnik. Londonun "Arsenal" klubunun baş məşqçisi Unai Emeri rəhbərliyə bildirib ki, klubun yarımmüdafiəçisi Məsut Özilə ehtiyac duymur və onun artıq klubu qışda tərk etməsini istəyir. Bu barədə Sputnik Azərbaycan "Mir24"-ə istinadən xəbər verir.

Emeri hesab edir ki, Özilin satışı komandanın gücləndirməyə kömək edəcək. Çünki hazırda "Arsenal"ın yeni oyunçular almağa imkanı yoxdur. Yeganə problem isə almaniyalı futbolçunun məvacibinin yüksək olması və onun klubu tərk etmək istəməməsidir.

Qeyd edək ki, Özil "Arsenal"-a Madrid "Real"ından 2013-cü ildə keçib.

Xəbər lenti
0