Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məşqçi: "Yaxşı idmançı hazırlamaq həm də qismətlə bağlı olan məsələdir"

Abunə olmaq
“Legionerləri məğlub edəcək uşaqlarımız olsa, öz idmançılarımıza üstünlük veriləcək”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Azərbaycan taekvando idman növünün tarixinə adını məşqçi kimi yazdırmağı bacaran, ən çox idmançı sayına görə lider olan "Fateh" klubunun məşqçisi Elməddin Vəliyevin Sputnik Azərbaycan-a müsahibəsini təqdim edirik.

- İdmançı kimi uğurlarınız bol olub, yoxsa məşqçi kimi?

- Bədənimdəki travmalara görə idmançı kimi elə də yüksək nəticələrim olmayıb. Sırf buna görə tələbələrimdən yüksək nəticələri görməyi qarşıma məqsəd qoydum. Və bu gün də həmin məqsədlərə görə çalışıram.

Karate yarışları, arxiv şəkli - Sputnik Azərbaycan
İDMAN
İdmançılarımızdan növbəti uğurlu nəticə

Hazırda ağır məşqlərin mənə hədiyyəsi olaraq ağır zədələrim var. İki dəfə əməliyyat olunmuşam, belimdə 6 ədəd platin şurup var. Onun üçün də hər zaman yetirmələrimə və digər idmançılara məşqlər zamanı çox diqqətli olmalarını tövsiyə edirəm. Çünki insanın sağlamlığı hər şeydən önəmlidir. Vaxtilə etdiyim səhvləri yetirmələrimin etməsini istəmirəm.

- Heç kimə sirr deyil ki, hazırda ən çox teakvandoçusu olan "Fateh" klubunun baş məşqçisisiniz...

- Bəli, bunun tək sirri var. Etibar etmək, inanmaq və etibarlı olub inanılmaq. Bunun üçün isə ədalətli, vicdanlı və qərəzsiz olmağı bacarmalısan. Mənim keçdiyim həyat yolu elə taekvondonun fəlsəfəsidir ki, düzgün insan və ədalətli olmağı mənə öyrədib. Məşqçiliyə başladıqdan qısa müddət sonra müəyyən səbəblərdən Federasiyada rəsmi olaraq fəaliyyət göstərə bilmədim. Buna görə bir sıra başqa döyüş növləri üzrə də seminarlara qatıldım. Məşqçilik və hakimlik lisenziyası alaraq Hapkido, Kug-Fu və Vuşu Sanda üzrə məşqlər keçdim və nəticələrim oldu.

Bu müddətdə isə taekvondo məşqləri keçir, tələbələrimi bir çox dost məşqçilərin adından yarışlara buraxırdım. 2010-cu ildə rəsmi olaraq fəaliyyət göstərə bilməsəm də, Respublika çempionatında tələbələrim 1 qızıl, 1 gümüş, 1 bürünc olmaqla, 3 medal qazanmışdılar. 2012-ci ilin noyabrından Taekvando Federasiyasına rəsmi olaraq yenidən məşqçi kimi qeydiyyata alındım. Bundan sonra idman karyeralarını bitirmiş tələbələrimə məşqçilik və klubda işləməyi təklif etdim. Onlar böyük məmnuniyyətlə təklifimi qəbul etdilər. 2013-cü ildən etibarən şəhərin ayrı-ayrı yerlərində və şəhərkənarı qəsəbələrdə yeni taekvondo zalları açmağa başladım. Bu da uğurlu alındı və hazırda 9 zalda "Fateh" idman klubunun bölmələri fəaliyyət göstərir. Bu zallarda seçilən idmançılar isə mərkəzi zalımızda klubun yığmasında məşqlərə cəlb olunurlar. Klubun həm rəhbəri, həm də baş məşqçisiyəm. Klubumuzda 200-ə yaxın taekvondoçu məşq edir.

Rövşən Binnətli - Sputnik Azərbaycan
Avropa Gənclər Yay Olimpiya Festivalı idmançılara nə qazandıracaq - ekspert şərh edir

- İdman özü də siyasətin bir qoludur. Məşqçilər arasında da mübarizə var. Bu mübarizədən necə qalib çıxırsınız?

- Məşqimi keçib, güclü idmançı hazırlamağa çalışıram. Məşqçi elə idmançı yetişdirməlidir ki, o idmançıya, ən azı, ölkə səviyyəsində ehtiyac olsun. Mənim siyasətim budur. Bu, həm də qismətlə bağlı olan məsələdir. Məsələn, 200 idmançı yığıb hazırlaşdırarsan, ancaq bir şey alınmaz. 20 tələbəsi olan bir məşqçinin yanına isə istedadlı bir uşaq gedər və ən güclü olaraq həmin klubun adını daha çox qaldıra bilər. Biz buna idman aləmində "naxış" deyirik. O ki qaldı siyasətə, mən siyasətə qarışmıram. Başımı aşağı salıb məşqimi keçirəm.

- Dediniz ki, zallarınızın əksəriyyəti Bakı kəndləri və şəhər ətrafındadır. Orada qızların idmana gəlməsinə necə baxırlar?

- Şəhərlə müqayisədə qəsəbələrdə qızların idmana gəlməsinə çox da icazə vermirlər. Ancaq artıq vəziyyət əvvəlki illərdəki kimi deyil.  Valideynlər də artıq qızlarına zəif varlıq kimi baxmırlar. Klubumuzda 30-a yaxın qız taekvondoçumuz var, amma bu say yenə də bizim üçün qənaətbəxş deyil. Klubumuz qız sayının azlığına görə digər klublardan bu baxımdan hələ ki, bir addım geridədir.

- Azərbaycanda ölkə və beynəlxalq səviyyəli yarışlar çox keçirilir, qaliblər də az olmur, amma milli yığmaya xaricilər cəlb olunur...

Samirə Mustafayeva - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı idmançı rusiyalı əri ilə açıq-saçıq fotolar çəkdirdi

- Əvvəllər bizim idmançılar legionerlərdən çəkinirdilər. Düşünürdülər ki, onlar daha güclüdür. Amma Dağıstan, Türkiyə, İran və digər ölkələrə gedəndən sonra anladılar ki, onlar heç də güclü deyillər. İndi ortaya bir sual çıxacaq ki, tək bir yarışla bunu müəyyən etmək olar? Biz tez-tez Dağıstanda təşkil olunan yarışlarda iştirak edirik və çoxunda birincilik qazanırıq. Fikrimcə, onların bizdən üstünlüklərindən biri qız idmançılarının sayının çox olması, xarakter olaraq daha sərbəst və idmançı oğlanlardan fərqlənməmələridir.

Həmçinin onlarda yeniyetmə, gənc idmançılar böyüklərin yaş qrupuna keçəndə məşqi buraxmırlar, əksinə məşqlərə daha ciddi yanaşırlar. Bizdə isə maddi duruma görə məktəbi qurtaran uşaqlar işləmək məcburiyyətində qalırlar. Ali məktəbdə oxumaqla peşəkar idmanda qalmaq olmur. Bu sahədə çox məsələyə toxunmaq olar, lakin hazırkı zaman bu məsələlərin üstündə durmağa icazə vermir. Onu da qeyd edim ki, lazımı diqqət-qayğı göstərilib, klublara dəstək verilsə, uşaqlarımız Qafqazın ən güclü idmançıları olar.

- Legionerlərin yığmada daha çox iştirakı nəyi dəyişir?

- Nəticəni və bir sıra məsələləri. Etiraf etmək lazımdır ki, legionerlərin yığmada olduqları və döyüşdükləri çəkilərə nəzər yetirdikdə, onları üstələyəcək yerli idmançılarımızın olmadığını  görürük. Qeyd etdiyim kimi, idmançılarımız gənclərdən böyüklərə keçəndə çox az müddət məşqləri davam etdirirlər. Ailəvi və ya maddi məsələlərə görə idmandan ayrılırlar. Ona görə də həmin çəkilərdə boş qalan yerləri ölkəmiz adına nəticə verə biləcək legioner idmançılar doldurur. Əlbəttə də ki, bütün çəkilərdə legioner idmançılar yoxdur. Öz yerli idmançılarımız da var ki, bunlardan bir çox nümunə gətirmək olar.

Fikrimcə, legioner idmançılarla yanaşı, onlarla bərabər məşq edib, gücünü, təcrübəsini artıracaq yerli idmançıları milliyə daha çox cəlb etmək lazımdır. Düzdür, təqdirəlayiq nəticələr əldə ediblər. Amma idmanı dayandırdıqdan sonra hər biri öz ölkəsinə yollanacaq və öz ölkələrinin idmanına töhfə verəcəklər. Yerli idmançılarımızın olması isə gələcəkdə titullu məşqçilərin, titullu idmançıların ölkə idmanımıza daha çox xeyrinin və töhfəsinin dəyəcəyini düşünürəm. Legionerləri məğlub edəcək uşaqlarımız olsa, öz idmançılarımıza üstünlük veriləcək, ona görə də çalışıb o cür idmançılar yetişdirməliyik.

Лаборатория допинг-контроля. Архивное фото - Sputnik Azərbaycan
İDMAN
Daha 3 idmançımız dopinqdən istifadəyə görə cəzalandırılıb

- İdmançılarımızın yarışlarda böyük hesabla məğlub olmasının səbəbləri nədir?

- Yarışdakı nəticə idmançının o yarışa necə hazırlaşdığının sübutudur. Amma bunu hamıya şamil etmək olmaz. Hazırda da millidə Avropa, Dünya çempionatında nəticələr vermiş güclü idmançılarımız var ki, dünya reytinqində onluqdadırlar. Özü həmin idmançıların əksəriyyəti çox çətin zamanlarda və çətin şəraitdə məşq edən, əzmkar idmançılar olublar, məqsədlərinə çatana kimi aramsız məşq ediblər. Bizdə çatışmayan məsələ bu xarakterdə əzmkar idmançı sayının çox az olmasıdır.

Şəxsi fikrimə görə isə milliyə düşən idmançıların əvvəlki illərlə müqayisədə çox az müddət yığma məşqlərində saxlanılmasıdır. Müəyyən məsələlərə görə idmançılara bir və ya iki yarış şansı verilir və nəticə zəif olsa, millidən kənarlaşdırılırlar. Bu da gənclərdən böyüklərə yeni keçmiş idmançılarda ruh düşkünlüyü yaradır və idmandan uzaqlaşmaları ilə nəticələnir. Əzmkarlıq olmadığı üçün tezliklə idman karyeralarını bitirirlər.

Digər tərəfdən isə klublar xarici yarışlara çox gedə bilmir, yalnız ölkə ərazisində olan yarışlarla kifayətlənməli olurlar. Bu da öz təsirini göstərir.

Xəbər lenti
0