07:41 21 May 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0263
  • EUR1.8962
Dieqo Maradona

Əfsanəvi futbolçu əməliyyat olundu

© AP Photo / Sergei Grits
İDMAN
Qısa URL
8 0 0

Məşhur futbolçu qarın boşluğunun yırtığına görə əməliyyat olunub

BAKI, 14 yanvar — Sputnik. Futbolun canlı əfsanəsi Dieqo Maradona əməliyyat olunub. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, məşhur futbolçu qarın boşluğunun yırtığına görə əməliyyat olunub. 

Dieqo Maradonanın vəkili Matias Morla bu barədə “Twitter”səhifəsində yazıb.

O bildirib ki, ulduz futbolçunun əməliyyatı uğurla həyata keçirilib: “Maradonanın əməliyyatı bitdi. Heç bir problem yoxdur. Onun yenidən işləməsi üçün tam sağalmasını gözləyirik. Bir neçə gün də xəstəxanada qalacaq”.

Qeyd edək ki, Maradona 2015-ci ildə mədəkiçiltmə əməliyyatı keçirib. Məhz bundan sonra 4 yanvarda futbol ustadının mədəsində qanaxma baş veriv və o, yenidən əməliyyat olunub.

Əlaqədar

Əfsanəvi Maradona ailəsinin gözü önündə...
Maradona üsyan etdi: “Məni komandaya buraxın”
Maradona azərbaycanlının etdiyi sürprizdən şoka düşüb
Maradona qələbəni belə qeyd etdi - VİDEO
Teqlər:
Dieqo Maradona, futbolçu

Əsas mövzular