Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bakıda daha bir beynəlxalq yarış keçiriləcək

© AFP 2023 / BULENT KILIC ABŞ güləşçisi Nikolya Skot Simons iranlı idmançı Həsən Rəhimiyə qarşı, arxiv şəkli
ABŞ güləşçisi Nikolya Skot Simons iranlı idmançı Həsən Rəhimiyə qarşı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turniri keçiriləcək

BAKI, 10 yanvar — Sputnik. Yanvarın 11-12-də Bakı İdman Sarayında Müşviq İsayevin xatirəsinə həsr olunmuş sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələr arasında sayca 22-ci açıq Respublika turniri keçiriləcək.

Чемпионат Азербайджана по борьбе среди взрослых - Sputnik Azərbaycan
İDMAN
Güləşçilərimizdən uğurlu nəticə

Sputnik Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, yarış 20 yanvar şəhidi Müşviq İsayevin xatirəsini yad etmək, yeniyetmə güləşçilərin idman ustalığını artırmaq, perspektivli güləşçiləri aşkarlamaq, sərbəst və yunan-Roma güləşinin inkişafına və kütləviliyinə nail olmaq məqsədilə keçirilir.

Avqustda Bakıda keçiriləcək Avropa Gənclərinin Olimpiya Festivalının proqramında yer alan 6 çəki (45, 48, 51, 55, 60 və 65 kq) üzrə baş tutacaq mübarizədə Azərbaycan pəhləvanları ilə yanaşı, Gürcüstan, Özbəkistan, Qazaxıstan və Rusiyadan olan güləşçilər də iştirak edəcək.

Görüşlər saat 10.00-da başlayacaq. Yarımfinal və medal görüşləri 17.00-dan start götürəcək. Turnirin açılış mərasimi yanvarın 11-də saat 16.00-da başlayacaq.

Qeyd edək ki, ilk gün sərbəst, ikinci gün isə yunan-Roma güləşində qaliblər müəyyənləşəcək. İlk 3 yeri tutanlar diplom və medalla mükafatlandırılacaq.

Xəbər lenti
0