08:47 26 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.8968
Aqil Məmmədov

"Neftçi" klubunda yeni transfer

“Neftçi” Peşəkar Futbol Klubunun mətbuat xidməti
İDMAN
Qısa URL
91 0 0

O, Azərbaycanın milli və 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olub

BAKI, 7 yanvar — Sputnik. "Neftçi" Peşəkar Futbol Klubu (PFK) daha bir transferi rəsmiləşdirib. Klubun mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, təcrübəli qapıçı Aqil Məmmədovla 1,5 illik müqavilə bağlanıb.

29 yaşlı qolkiper komandanın heyətində 30 nömrəli formanı geyinəcək. Bu günə kimi "Bakı", AZAL, "Qəbələ" klublarında çıxış etmiş Aqil Məmmədov 2015-2016-cı illərdə "Neftçi"nin qapısını qoruyub. O, Azərbaycanın milli və 21 yaşadək futbolçulardan ibarət yığma komandasının üzvü olub.

Qeyd edək ki, bundan əvvəl mərkəz yarımmüdafiəçiləri – qvineyalı Mamadu Kane və həmyerlimiz Turan Vəlizadə ilə 3, seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə 2,5 illik müqavilə bağlanmışdı.

Əlaqədar

"Qarabağ"la bağlı ilginc qalmaqal: "Futbolçuların corablarını da istəyirlər"
"Milan" əfsanəvi futbolçunun oğlu ilə müqavilə imzaladı
"Liverpul"un baş məşqçisi başqa futbol mütəxəssisinin fanatı imiş
Argentina futbolunun əfsanəsi Bakıda: “Azərbaycanda komanda çalışdıra bilərəm”
Teqlər:
müqavilə, qapıçı, transfer, "Neftçi" Peşəkar Futbol Klubu

Əsas mövzular