Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Sponsor məsələsi həllini tapandan sonra federasiya uğura fokuslanıb

© AZƏRTACKarate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov
Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov - Sputnik Azərbaycan
Abunə olmaq
"Keçən ilin əvvəlindən Karate Federasiyasının sponsor məsələsi öz həllini tapıb"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 27 dekabr — Sputnik. İdman federasiyaları ilin yekunları ilə bağlı mətbuata açıqlamalar verir. Demək olar, bir çox idman federasiyaları üçün bu il düşərli olub. Azərbaycan Milli Karate Federasiyasının da 2018-ci ildə uğurlu nəticə göstərən idman federasiyaları sırasında görmək olar.

Azərbaycan Karate Federasiyasının prezidenti Yaşar Bəşirov - Sputnik Azərbaycan
İDMAN
Milli Karate Federasiyası söz-söhbətə son qoydu

Karate Federasiyasının vitse-prezidenti Rəhman Hətəmov ilin yekunları və gələn ilin planları haqqında Sputnik Azərbaycan-a məlumat verib. O bildirib ki, bu il Karate Federasiyası üçün uğurlu olub.

"Keçən ilin əvvəlindən Karate Federasiyasının sponsor məsələsi öz həllini tapıb. Belə ki, artıq bir ilə yaxındır “Smart Scoring” şirkəti federasiyamıza sponsorluq edir. Artıq maliyyə problemimiz olmadığı üçün daha yaxşı nəticələr qazanmağa fokuslanmışıq. Hətta qeyd edim ki, bu il keçən illərə baxanda rekord həddə təlim məşq toplantıları olub. Çox sayda beynəlxalq yarışlarda iştirak eləmişik” - Hətəmov vurğulayıb.

“Bilirsiniz ki, gələn il Tokio Olimpiadasına bal toplamaq üçün bir neçə yarışımız var. İdmançılarımızı və məşqçiləri ciddi sınaq gözləyəcək. Hətta bunları nəzərə alaraq, türkiyəli məşqçi Bahəddin Kandazı millinin baş məşqçisi postuna gətirdik. Onunla komandamız daha da yaxşı uğurlara imza atacağına inanırıq" – deyə federasiyanın vitse-prezidenti qeyd edib.

O, digər milli komandalardan fərqli olaraq karate milli komandasında 4 köməkçi məşqçinin olması məsələsinə də aydınlıq gətirib: “Hələlik komandada Bahəddin Kandazın köməkçiləri böyük məşqçilər Şahin Xudaverdiyev, Qurban Tağıyev, məşqçilər Seymur Hüseynov, Rəşad Hüseynovdur. Amma müqavilə bağlananda şərtlərə əsasən baş məşqçiyə ixtiyar verilir ki, köməkçilərini özü seçsin”.

“Yeni ildən Bahəddin Kandaz hansı məşqçilərlə işləməyə qərar versə, elə də olacaq. Kimlə işləyəcəyi isə hələ ki, bizə məlum deyil. Yəqin ki, yeni ildən məlum olacaq" – müsahibimiz vurğulayıb.

Xəbər lenti
0