Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məsut Özillə bağlı qərar verildi

© AP Photo / Adam DavyMəsut Özil Southampton-Arsenal oyununda, 16.12.2018
Məsut Özil Southampton-Arsenal oyununda, 16.12.2018 - Sputnik Azərbaycan
Abunə olmaq
Məsut Özil müvəqqəti olaraq "Arsenal"dan uzaqlaşdırılıb

BAKI, 22 dekabr — Sputnik. "The Times" qəzeti "Arsenal" futbol klubunun oyunçusu Məsut Özillə bağlı qərarı haqda məlumatı yayıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, məlumatda qeyd olunur ki, futbol klubu Məsut Özili müvəqqəti olaraq başqa kluba göndərməklə bağlı qərar qəbul edib. Qəzetin məlumatında bildirilir ki, klubun baş məşqçisi Unay Emeri qarşıdakı aylarda keçiriləcək oyunlarda Məsut Özilə forma verməyəcək.

Qeyd edək ki, bu mövsümdə 11 dəfə forma geyinən futbolçu “Tottenhem” ilə keçirilən sonuncu görüşdə yaşıl meydançaya çıxmaması ilə diqqət çəkib.

Xatırladaq ki, Arsenalla yeni müqavilə imzalayan və illik əmək haqqı 21.5 milyon avro olan 30 yaşlı Məsut Özil İtaliyanın "İnter" və "Yuventus" klublarının da diqqətindədir.

Xəbər lenti
0