23:57 19 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9369
Qarabağın oyunu

"Qarabağ"la bağlı ilginc qalmaqal: "Futbolçuların corablarını da istəyirlər"

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
1091210

"Həmin şəxslər oyun bitəndən sonra öz şəxsi avtomobillərinə minən futbolçulara yaxınlaşaraq, pul, forma və digər əşyalar istəyirlər"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 21 dekabr — Sputnik. Azərbaycan kuboku uğrunda gedən mübarizənin ¼ finalının cavab matçında "Qarabağ" və "Keşlə" komandaları qarşılaşıb. Oyun 1:1 hesabı ilə bitib.

Futbolçular oyundan sonra stadionun qarşısında öz şəxsi avtomobillərinə minən zaman bir neçə azyaşlı azarkeş onlara yaxınlaşıb. İddia olunur ki, futbolçular Dani Kintana və Miçel onlara yaxınlaşan azarkeşlərə kobudluq ediblər. Belə ki, futbolçu Kintana ona yaxınlaşan uşağı itələyib, Miçel də komanda yoldaşını dəstəkləyib.

Futbolçular oyundan sonra stadionun qarşısında öz şəxsi avtomobillərinə minərkən
Futbolçular oyundan sonra stadionun qarşısında öz şəxsi avtomobillərinə minərkən

"Qarabağ" klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sputnik Azərbaycan-a açıqlamasında məsələyə aydınlıq gətirib. O, hadisənin canlı şahidi olduğunu bildirib.

"Mən də hadisə baş verəndə orda idim. Əslində, onlar nə "Qarabağ"ın, nə də "Keşlə"nin azarkeşləri idilər. Onlar xüsusi qrupdur” - N.İbrahimov deyib.

Onun sözlərinə görə, həmin qrup oyun bitəndən sonra öz şəxsi avtomobillərinə minən futbolçulara yaxınlaşaraq, pul, forma və digər əşyalar istəyir: "Hətta futbolçunun corabını da istəyənlər olur. Futbolçular da hər dəfə eyni mənzərədən artıq bezirlər. Ona görə də kobudluq etmək məcburiyyətində qalıblar”.

Klubun sözçüsü əlavə edib ki, komandanın futbolçuları azarkeşlərə qarşı heç vaxt kobudluq etməyiblər: “Onlar, əksinə azarkeşlərə diqqət ayırırlar".

Əlaqədar

“Arsenal” – “Qarabağ” oyununda bayraq təxribatı
Reynaldo yenidən "Qarabağ"da
Teqlər:
matç, oyun, "Qarabağ" klubu

Əsas mövzular