Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Bir ildə 99 milyon qazanan idmançı – Ancaq evində yemək yeyir

© AP Photo / Gregory PayanOktaqona ümumi baxış, arxiv şəkli
Oktaqona ümumi baxış, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Konor Makqreqor Həbib Nurməhəmmədov ilə oyuna görə 3 milyon dollar qazanıb

BAKI, 18 dekabr — Sputnik. Qarışıq stil (MMA) idman növü üzrə döyüşçü Konor Makqreqorun məşqçisi Con Kavana idmançının milyonlarla dollarlıq sərvətini necə idarə etdiyini açıqlayıb.

Konor Makqreqor - Sputnik Azərbaycan
Məşhur döyüşçü boksa geri dönəcək

Sputnik Azərbaycan-ın Rusiya mətbuatına istinadən məlumatına görə, mütəxəssis deyib ki, bir çox idmançıların sərvəti olsa da, onlar bu sərvəti idarə edə bilmirlər və zamanla o sərvəti itirirlər: “Amma Makqreqor elə deyil. O, biznesi ilə sərvətini daha da çoxaldır. Qəribə səslənsə də, o, pul xərcləmir. Ona müqavilə ilə verilən geyimləri geyir. Avtomobil... ancaq ona veriləni sürür. Restoranlara da getmir. Həyat yoldaşının bişirdiyi yeməkləri yeyir. Evində də bahalı əşyalar yoxdur. Konor qumar oyunları ilə də maraqlanmır".

O, Həbib Nurməhəmmədov ilə oyuna görə 3 milyon dollar qazanıb. Bu da MMA idman növündə rekord rəqəmdir.

“Forbes” jurnalı 30 yaşlı idmançını ən çox pul qazanan professional idmançılar arasında dördüncü sıraya qoyub. Makqreqor 1 il ərzində 99 milyon dollar qazanıb.

Qeyd edək ki, Makqreqor 2008-ci ildə MMA idman növü ilə məşğul olmağa başlayıb. O 21 döyüşdə qalib gəlib, 4 döyüşdə məğlub olub.

Xəbər lenti
0