18:09 24 Yanvar 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9356
Futbol meydanı, arxiv şəkli

“Arsenal” – “Qarabağ” oyununda bayraq təxribatı

© pixabay / 3844328
İDMAN
Qısa URL
105 0 0

Azarkeşlərdən biri separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, "Qarabağ" futbolçularının üzərinə qaçıb

BAKI, 14 dekabr – Sputnik. İngiltərədə "Arsenal" və "Qarabağ" komandaları arasında keçirilən Avropa Liqasının VI tur matçında insident baş verib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, artırma dəqiqələrində azarkeşlərdən biri meydana daxil olub.

O, əlində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağını tutaraq, "Qarabağ" futbolçularının üzərinə qaçıb. Azərbaycan təmsilçisinin oyunçuları və stüardlar təxribata cəhd edən fanatı dərhal zərərsizləşdirərək, meydandan kənarlaşdırıblar.

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov baş vermiş insidentə münasibət bildirib. 46 yaşlı mütəxəssis erməni fanatın qondarma DQR bayrağı ilə meydana soxulmasını pisləyib.

"Bu haqda çox danışmaq istəmirəm, sadəcə qorxaqlar belə hərəkət edirlər. Bu hərəkəti edən adam qorxub sonra qaçmamalıydı, yalnız qorxaqlar bir addım atıb, sonra isə qaçırlar".

Qeyd edək ki, oyun "Arsenal"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Əsas mövzular