Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Futbolçu oyun zamanı həlak olub

© AP Photo / Kirsty WigglesworthLondonda təcili tibbi yardım avtomobili, arxiv şəkli
Londonda təcili tibbi yardım avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qapıçı yarış zaman zamanı rəqib komandanın futbolçusu ilə toqquşub

BAKI, 12 dekabr — Sputnik. Daha bir gənc futbolçu oyun zamanı aldığı xəsarətdən dünyasını dəyişib. Sputnik Azərbaycan xarici mətbuata istinadən xəbər verir ki, "Bedqouv Daynamos" futbol klubunun 14 yaşlı qapıçısı Luka Kampanaro "Harevild Yunayted" komandası ilə keçirdikləri oyun zamanı rəqib komandanın futbolçusu ilə toqquşub.

Nəticədə qolkiper başından xəsarət alıb. Gənc futbolçunu xəstəxanaya çatdırıblar. Amma həkimlər onun həyatını xilas edə bilməyiblər.

Gənc qapıçının atası Kampanaro hadisəyə belə münasibət bildrib: "Oğlum indi mələklərlədir. Gülün və onu daim yad edin, onun kimi güclü olun".

© irishexaminer"Bedqouv Daynamos" futbol klubunun 14 yaşlı qapıçısı Luka Kampanaro (sağda)
Futbolçu oyun zamanı həlak olub - Sputnik Azərbaycan
"Bedqouv Daynamos" futbol klubunun 14 yaşlı qapıçısı Luka Kampanaro (sağda)
Xəbər lenti
0