16:56 18 Oktyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8907
Futbolçu Səməd Qurbanov

Məşhur futbolçu: “Futbol məndə də ürək xəstəliyi yaradıb”

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
3399 0 0

"Özümü məşqçi kimi görə bilmərəm, buna da xüsusi istedad lazımdır"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 9 dekabr — Sputnik. Etiraf etməliyik ki, illər keçsə, nəsillər dəyişsə də, kişilərdə həmişə futbola maraq olub. Bugünkü gedişat göstərir ki, futbolsevərlər həmişə olacaq. Hətta illər keçsə belə, azarkeşlər öz dövrünün məşhur futbolçularını unutmurlar. Belə futbolçulardan biri də “Neftçi” futbol klubunun keçmiş oyunçusu Səməd  Qurbanovdur. O, “Neftçi” futbol klubunda özünəməxsus izini qoyan futbolçu olub.  1953-cü ildə Qazax şəhərində anadan olan Səməd Qurbanov “Neftçi” klubunun dünəni və bu günü barədə Sputnik Azərbaycan-a danışıb. 

- Postsovet dövründəki “Neftçi” komandası ilə bugünkü “Neftçi” komandasının fərqli və oxşar cəhətləri hansılardır?

- SSRİ dövründə futbolçu olmaq çətin idi, çünki klub yox idi. Cəmi bir “Neftçi” var idi. Ona düşmək üçün bütün çətinliklərə dözə bilməliydin. Bu gün isə çox sayda komanda var. Ona görə də idmançılar arxayındırlar ki, klub tapmaqda çətinlik çəkməyəcəklər. SSRİ vaxtında, həmçinin çox güclü komandalarla qarşılaşırdıq. Bu gün də “Neftçi” öz liderliyini qoruyub saxlaya bilir. Bu da böyük uğurdur.

- SSRİ futbolçuları ilə müasir futbolçuların fərqi nədədir?

- Əlbəttə, bizim dövrümüzdə məşq etmək çox çətin idi. Çünki o zaman vaxtlı-vaxtında məşq edirdik, səhər 7-də oyanırdıq, gündə 3 dəfə məşq edirdik və axşam 12-də mütləq yatmalı idik. Bu rejimə dözmək çox çətin idi. O zaman bizi günlərlə evə buraxmırdılar. Gecə həyatı qadağan idi. Fikrimiz ancaq oyunda olurdu. Bu gün isə elə deyil. Hər bir idmançı özü-öz rejimini qurur. Eyni zamanda indiki futbolçularda psixoloji və fiziki cəhətdən zəifdirlər.

- Bəzi futbolçular bir neçə dəfə qol vuran kimi “ulduz” xəstəliyinə tutulur...

- Futbolçuların özlərini yuxarıda tutmasını bəyənmirəm. Futbolçunu xalq, azarkeşlər yuxarıda tutmalıdır. Dediyim kimi, indi rəqabət zəifdir. Klub çox olduğundan futbolçu öz yerini saxlamaq üçün mübarizə aparmır. Düşünür ki, bu klub olmasın, digəri olsun. Ona görə də onlar “ulduz” xəstəliklərinə vaxt ayıra bilirlər.

- Neftçinin azarkeşləri həmişə çılğın olub. Bu gün isə o həvəs yoxdur...

- Çünki bir neçə il öncə  6-7 güclü klub var idi. “Xəzər Lənkəran”, “Bakı”, “Neftçi” və digər klublar. Onlar arasında güclü rəqabət getdiyi üçün azarkeşlər də oyunları çılğınlıqla qarşılayırdı. Bu gün “Qəbələ”, “Qarabağ” və “Neftçi”dən başqa güclü rəqabət olmadığı üçün azarkeşlərdə də o həvəs qalmayıb. Düşünürəm ki, yaxın gələcəkdə azarkeşlər də klubların oyun səviyyəsinə və qələbələrinə baxıb sevinirlər və maraqları çoxalır.

- Sizcə, “Neftçi” futbol klubunda aparılan dəyişiklər yaxın gələcəkdə nə ilə nəticələnəcək?

- “Neftçi” son illərdə öz oyununa qayıdıb. Yaxşı və uğurlu futbolçular alınıb. Düşünürəm ki, yaxın illərdə daha çox uğura imza atacağıq.

- Siz niyə məşqçilik etmirsiniz? Əgər məşqçi olsaydınız, legionerlərə üstünlük verərdiniz, yoxsa yerli futbolçulara?

- Mən həmişə legionerlərdənsə, yerli futbolçularla işləməyin tərəfdarı olmuşam. Amma özümü məşqçi kimi görə bilmərəm. Çünki xarakterim də buna yol vermir. Futbolçu bir özünü idarə edir, məşqçi isə 30-40 nəfəri eyni zamanda idarə etməyi bacarmalıdır. Buna da xüsusi istedad lazımdır. Mən özüm uzun müddət polis sistemində işləmişəm.

- Məşqçilərə sual verəndə, niyə legionerlərə üstünlük verirsiniz, cavab verirlər ki, “rəhbərlik qısa zamanda məndən uğur tələb edir, ona görə də məcbur olaraq belə addım atırıq”. Bu doğru taktikadır?

- Razı deyiləm. Məşqçilər sabahı da düşünməlidirlər. Axı klub bu gün üçün oynamır. Yaxşı futbolçudan yaxşı məşqçi çıxmır. Amma onu deyim ki, yaxşı məşqçi psixologiyanı bilməlidir və futbolçu yetişdirməlidir. Qapıçı isə komandanın 50 faizidir. Qapıçısı güclü olan komandanı məğlub etmək çətindir.

- Futbol kifayət qədər pul xərclənən idman növüdür, amma bizdə o pula layiq uğur yoxdur...

Qurban Qurbanov
© Sputnik / Murad Orujov

- Bunu danmaq olmaz. Bu gün Azərbaycan futboluna hər cür şərait yaradılıb. Sadəcə material yoxdur. Yəni güclü uşaqlar yetişmir. Futbola olan həvəs yoxdur.

- Bəlkə azərbaycanlılar futbol oynamaq üçün yaranmayıblar? Yəni genimizdə yoxdur futbol oynamaq?

- Futbolçu olmaq istəyən topa həyatını bağlamalıdır. Tərbiyəsi, qavrama qabiliyyəti  və məsuliyyəti olmayan insan futbolçu ola bilməz. Bu xarakteri olan 12-14 yaşlı uşaqlar futbola başlasalar və topu sevsələr uğurlu nəticə əldə etmək olar.

- Futbol ürək xəstəlikləri yaradır...

- Elədir. Özüm də ürək xəstəliyindən əziyyət çəkmişəm. Əməliyyat olundum. İdmançı, həmçinin aktiv həyatdan  oturaq iş rejiminə keçməməlidir. Əks halda, xəstəliklər yaranır.

Əlaqədar

Paytaxtda robotlar futbol oynayıb
Azərbaycanda futbol oyunu duman səbəbindən təxirə salındı - FOTO
Futbol qaydaları dəyişə bilər
Kamran Ağayev: "Futbol potensialımız böyük komandalarla oynamaq üçün deyil"
Teqlər:
məşqçi, futbolçu, müsahibə, oyun, Neftçi, futbol

Əsas mövzular