20:29 18 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0255
  • EUR1.9292
Güləş üzrə dünya çempionatının qızıl medalçısı Eldəniz Əzizli, Budapeşt, 26 oktyabr 2018-ci il

"Dünya çempionu olandan sonra pulum çoxaldı"

© AFP 2018 / ATTILA KISBENEDEK
İDMAN
Qısa URL
7181 0 0

"Bu çətinliklərdən keçən idmançı özündən razı ola bilməz"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 24 noyabr — Sputnik. Bu il Avropa, daha sonra Dünya çempionu olan Eldəniz Əzizli adını güləş tarixinə yazdırmağı bacarıb. Hazırda güləş üzrə milli komandamızda ən güclülərdən olan Eldəniz Əzizli Sputnik Azərbaycan-ın əməkdaşı ilə həmsöhbət olub. İdman azarkeşlərini maraqlandıran sualları cavablandırıb.

- Həm gənclər, həm də böyüklər arasında Avropa və dünya çempionu olmusunuz. Bu yaş həddində fərqlər nədən ibarətdir?

- Gənclər arasında dünya və Avropa çempionları kifayət qədər çoxdur. Amma böyüklər arasında Avropa, xüsusilə dünya çempionları barmaqla sayılacaq qədərdir. Güləş tarixində Azərbaycanda mənə qədər 5 dünya çempionu olub, mən isə altıncıyam. Bu da o deməkdir ki, böyüklər arasında barmaqla sayılacaq qədər idmançımız var. Həmçinin bu yarış çox güclüdür. Eyni zamanda böyüklər arasında yer tutmaq daha çətindir. Mübarizə həddindən artıq çoxdur. Bir sözlə, kişilər arasında qalib gələrək dünya çempionu olmaq hər idmançıya nəsib olmur.

Güləş üzrə Dünya çempionatının qızıl medalçısı Eldəniz Əzizli, Budapeşt, 26 oktyabr 2018-ci il
© AFP 2018 / ATTILA KISBENEDEK
Güləş üzrə Dünya çempionatının qızıl medalçısı Eldəniz Əzizli, Budapeşt, 26 oktyabr 2018-ci il

- Böyüklər arasında dünya çempionu olandan sonra həyatınızda nə dəyişdi?

- Həyatımda elə böyük dəyişiklik olmayıb. Əhatə dairəm, azarkeşlərim çoxaldı. Yəqin ki, düşmənlərimin də sayı artıb. Amma köklü dəyişiklik yoxdur. Bir də bir az pulum çoxalıb.

- Məqsədiniz, yəqin ki, 2020-ci il Tokio Olimpiadasıdır?

- Əlbəttə. Məqsədim Tokio 2020 Olimpiadasıdır. Var qüvvəm ilə o yarışa hazırlaşıram və inanıram ki, uğur qazanacam. Olimpiadada döyüşdüyüm 55 kilo dərəcəsi yoxdur. Federasiya rəhbərliyinin göstərişi olarsa, mənə uyğun çəki seçiləcək və seçmə turnirlərinə qoşulacam. Məqsəd də olimpiya çempionu olmaqdır.

2018 Güləş üzrə Dünya çempionatının finalı. Qırğızıstanlı idmançı Jolaman Şarşenbekov və Azəbaycanlı güləşçi Eldəniz Əzizlinin görüşü. Macarıstan, Budapeşt. 26 oktyabr 2018-ci il
© AFP 2018 / ATTILA KISBENEDEK
2018 Güləş üzrə Dünya çempionatının finalı. Qırğızıstanlı idmançı Jolaman Şarşenbekov və Azəbaycanlı güləşçi Eldəniz Əzizlinin görüşü. Macarıstan, Budapeşt. 26 oktyabr 2018-ci il

- Adətən dünya çempionları özlərindən razı olurlar. Dost-tanışlarına yuxarıdan aşağı baxırlar. Sizin də başınızı çempionluq firlatmayıb ki?

- Elədir. Bəzi idmançılar titul, uğur qazanan kimi çoxlarına yuxarıdan aşağı baxırlar. Amma məndə elə deyil. Çünki mən 27 yaşında dünya çempionu olmuşam. Bu səviyyəyə qalxana qədər illərlə əziyyət çəkmişəm. Bu çətinliklərdən keçən idmançı özündən razı ola bilməz. Sadəcə şükür etməliyəm.

- İdmançı daima öyrəşdiyi çəkini dəyişdirəndə güləşmək çətin olur. Çəkiniz çoxalanda sizinçün güləşmək çətin olmayacaq?

- Düzdür, idmançı öyrəşdiyi çəkidən kənara çıxanda güləşə bilmir, onuncun ağır olur. Ancaq çalışacağam ki, nəticə əldə etmək üçün əlimdən gələni edim. Bu, mənim işimdir. Bir sözlə, çətinliyə öyrəşmişəm.

- Peşəkar idmançıların çoxu mömin olur. Bu nə ilə əlaqədardır?

- İdmançılar o qədər çətinlik görürlər ki, ancaq səbir edərək uğur qazanırlar. Bu da asan iş deyil. Bu çətinliklər bizi inanclı olmağa gətirir. Peşəkar idmançılar içkidən, gəcə həyatından uzaq olduqları üçün daha asan mömin olurlar.

- Ailəli idmançıların subay idmançılardan daha fərqli baxışları, yarışlara fərqli yanaşmaları olur...

- Əlbəttə. Ailəli idmançı uğurunu ailəsi üçün qazanır. Evinə ruzi aparmaq üçün çalışır. Bu da onun daha çox məsuliyyətli olmasına gətirib çıxarır.

Əsas mövzular