Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan millisi üçün həlledici gündür

© Sputnik / Murad OrujovFutbol üzrə Azərbaycan millisi
Futbol üzrə Azərbaycan millisi - Sputnik Azərbaycan
Abunə olmaq
Əks halda, komanda yeni təsis edilən yarış vasitiəsi ilə AVRO-2020-yə vəsiqə qazana bilməyəcək

BAKI, 20 noyabr — Sputnik. Bu gün Azərbaycanın futbol üzrə milli yığması UEFA Millətlər Liqasında həlledici oyuna çıxacaq. Sputnik Azərbaycan xəbər verir ki, milli komandamız Millətlər Liqasının qrup mərhələsinin sonuncu – VI turunda Kosovo komandasının qonağı olacaq.

Priştinadakı "Fadil Vokrri" stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi millimiz hal-hazırda 9 xalla ikincidir. Rəqibimiz Kosova yığması isə 11 xalla birincidir.

Xatırladaq ki, millimiz qrup qalibi kimi C liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qalib gəlməlidir. Əks halda, komanda yeni təsis edilən yarış vasitiəsi ilə AVRO-2020-yə vəsiqə qazana bilməyəcək.

Xəbər lenti
0