Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı azarkeş: “Polis ayırmasaydı, çoxunu döyəcəkdik”

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidMoskvada polis avtomobili, arxiv şəkli
Moskvada polis avtomobili, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
“Ermənilər qondarma "Dağlıq Qarabağ" bayrağını dalğalandırır, hətta Azərbaycan bayrağını ələ salırdılar”

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 13 noyabr — Sputnik. Bir neçə gün öncə Moskvada qarışıq döyüş növləri üzrə (MMA) keçirilən "Absolute Championship Berkut" turnirində dava düşüb.

Belə ki, döyüşçü Rinat Naqibinin komandası paltardəyişmə otağına gedərkən ermənilərin hücumuna məruz qalıb. Kütləvi davanın daha ciddi qarşıdurmaya keçməsinə polis qüvvələri imkan verməyib. OMON-un müdaxiləsi erməniləri sakitləşdirib.

Bundan sonra isə erməni azarkeşlər qondarma "Dağlıq Qarabağ"ın bayrağını çıxararaq nümayiş etdiriblər. Bunu görən azərbaycanlı azarkeşlər məsələyə reaksiya veriblər.

Hadisə zamanı zalda olan azarkeşlər Samir Məmmədov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, ermənilər qondarma "Dağlıq Qarabağ" bayrağını dalğalandırır, hətta Azərbaycan bayrağını ələ salırdılar: "Bunu görəndə biz susa bilmədik və onlarla dalaşdıq. Hətta bir neçə ermənini döydük. Polis bizi ayırmasaydı, hələ çoxunu döyəcəkdik. Qondarma bayraq asmasınlar, döyülməsinlər".

MMA Federasiyasının prezidenti Azad Əsgərov isə hadisədən xəbərsiz olduğunu bildirib: "Bu haqda məlumatım yoxdur. Mən də dünən orada baş verənləri eşitmişəm. Amma baş verənlər haqqında dəqiq heç bir məlumatım yoxdur”.

“Doğrudur, həmin yarışda azərbaycanlı Tural Rəhimov da iştirak edib. Amma o, Rusiyada yaşayır və yarışlarda bu ölkənin adına döyüşür. Belə yarışlar çox olur və bizim həmin yarışlardan xəbərimiz olmur" – deyə A.Əsgərov əlavə edib.

Xəbər lenti
0