Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Əlbəyaxa döyüşçülərimiz dünya çempionu olublar

© © Eurasia DiaryAzərbaycanlı karateçilər Qazaxıstanda keçirilən beynəlxalq yarışın qalibi olublar
Azərbaycanlı karateçilər Qazaxıstanda keçirilən beynəlxalq yarışın qalibi olublar - Sputnik Azərbaycan
Abunə olmaq
Noyabrın 8-10-u tarixlərində keçirilən Dünya Çempionatına Azərbaycan 11 nəfər idmançı ilə qatılıb

BAKI, 13 noyabr — Sputnik. Qazaxıstanın Aktau şəhərində keçirilən Aşihara Karate Əlbəyaxa Döyüş növü üzrə Dünya Çempionatı başa çatıb. Noyabrın 8-10-u tarixlərində keçirilən Dünya Çempionatına Azərbaycan 11 nəfər idmançı ilə qatılıb.

Sputnik Azərbaycan xəbər verir ki, dünya çempionatında Azərbaycan Aşihara Karate Əlbəyaxa Döyüş Federasiyasının prezidenti, əməkdar bədən tərbiyəsi və idman xadimi, 5-ci dan qara kəmər ustası Maarif Bağırov, vitse-prezidentlər - AZGERSU şirkətinin rəhbəri Vüsal Məmmədov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev iştirak edib.

Dünyanın müxtəlif ölkələrindən 300 nəfər idmançının qatıldığı dünya çempionatında Azərbaycan idmançıları müxtəlif yaş qruplarında finalda döyüşüblər. İdmançılardan Musa Musazadə Musa, Rauf Hüseynov qızıl medal, Rfüət Vəliyev, Fərman Rəhimov, Fəyyaz Əhmədov, Bahadur Şirinzadə, Natiq Qafarov gümüş medal, Ümid Verdiyev isə bürünc medal qazanıb.

© © Eurasia DiaryAzərbaycanlı karateçilər Qazaxıstanda keçirilən beynəlxalq yarışın qalibi olublar
Azərbaycanlı karateçilər Qazaxıstanda keçirilən beynəlxalq yarışın qalibi olublar - Sputnik Azərbaycan
1/5
Azərbaycanlı karateçilər Qazaxıstanda keçirilən beynəlxalq yarışın qalibi olublar
© © Eurasia DiaryАзербайджанские каратисты стали победителями чемпионата мира по карате Ашихара, который прошел в Казахстанском городе Актау
Azərbaycanlı karateçilər Qazaxıstanda keçirilən beynəlxalq yarışın qalibi olublar - Sputnik Azərbaycan
2/5
Azərbaycanlı karateçilər Qazaxıstanda keçirilən beynəlxalq yarışın qalibi olublar
© © Eurasia DiaryAzərbaycanlı karateçilər Qazaxıstanda keçirilən beynəlxalq yarışın qalibi olublar
Azərbaycanlı karateçilər Qazaxıstanda keçirilən beynəlxalq yarışın qalibi olublar - Sputnik Azərbaycan
3/5

4/5

5/5

Bu, Azərbaycan idmançılarının Aşihara Karate Əlbəyaxa Döyüş növü üzrə dünya çempionatlarında əldə etdikləri növbəti uğurlardandır.

Sözügedən çempionat ərəfəsində Federasiya rəhbərliyi Dünya Aşihara Asossiasiyasının prezidenti Kanco Aşihara ilə görüşüb. Görüşdə bu döyüş sənətinin Azərbaycanda inkişaf etdirilməsi sahəsində müzakirələr aparılıb.

Qeyd edək ki, Aşihara karate növü 1972-ci ildə mərhum Hideyuki Aşihara tərəfindən yaradılıb. O, həm cüdo, həm də karate ilə məşğul olduqdan sonra bu idman növünün əsasını qoyub. Bu peşəkar idman növündə mövcud olan fəndlər sadəcə yarış meydanlarında deyil, həm də əlbəyaxa döyüş sənətində kompleks olaraq istifadə olunur.

Əlavə edək ki, Azərbaycan Aşihara Karate Əlbəyaxa Döyüş Federasiyası 1998-ci ildə yaradılıb. Ölkəmizin 20 şəhər və rayonunda yerli özəkləri fəaliyyət göstərir. Ölkənin dövlət orqanları üçün peşəkar idmançıların hazırlanmasında bu əlbəyaxa döyüş növünün sirlərindən geniş istifadə olunur.

Xəbər lenti
0