Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İngiltərənin üç nəhəngi bir nəfərin dalınca düşüb

© AFP 2023 / VINCENZO PINTOCengiz Ündər
Cengiz Ündər - Sputnik Azərbaycan
Abunə olmaq
Ündərlə İngiltərə klubları ilə yanaşı İspaniya və Almaniya klubları da maraqlanır

BAKI, 9 noyabr — Sputnik. "Roma"nın yarımmüdafiəçisi Cengiz Ündər yayda klubu tərk edə bilər. Sputnik Azərbaycan "ESPN"-ə istinadən xəbər verir ki, türkiyəli oyunçu mövsümün sonunda İngiltərə çempionatına keçid edə bilər.

Ündərlə İngiltərənin "Mançester Siti", "Arsenal" və "Totenhem" klubları maraqlanır. Oyunçunun potensial transferi 40-50 milyon avro olaraq qiymətləndirir.

Ündərlə İngiltərə klubları ilə yanaşı İspaniya və Almaniya klubları da maraqlanır, oyunçunun özü isə İngiltərədə çıxış etmək istəyir. Cengiz Ündərin "Roma" ilə hələ 4 illik müqaviləsi olsa da oyunçu İtaliya təmsilçinin heyətində ən az qazanan oyunçulardandır. O, 1 ilə 1 milyon avro qazanıb.

Xəbər lenti
0