Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionlar Liqasında bir gündə 29 qol

© AFP 2023 / VALERY HACHEЛига чемпионов УЕФА
Лига чемпионов УЕФА - Sputnik Azərbaycan
Abunə olmaq
"Mançester Siti"nin "Şaxtyor"a 6 cavabsız qol vurduğu gündə "Reaı" "Viktoriya"nı 5 dəfə məyus edib

BAKI, 8 noyabr — Sputnik. Çempionlar Liqasında qrup mərhələsinin IV turuna yekun vurulub. Sputnik Azərbaycan-ın məlumatına görə, turun ikinci günündə 8 qarşılaşma baş tutub.

E, F, G və H qruplarında keçirilən oyunlar məhsuldar alınıb. 8 matçda ümumilikdə 29 qol vurulub. "Mançester Siti"nin "Şaxtyor"a 6 cavabsız qol vurduğu gündə "Reaı" "Viktoriya"nı 5 dəfə məyus edib.

Günün ən maraqlı qarşılaşması Turində baş tutub. "Yuventus" "Mançester Yunayted"lə görüşün sonlarında buraxdığı 2 qolla uduzub.

"Bavariya" — AEK 2:0

"Benfika" — "Ayaks" 1:1

"Lion" — "Hoffenheym" 2:2

"Mançester Siti" — "Şaxtyor" 6:0

"Viktoriya" — "Real" 0:5

"Yuventus" — "Mançester Yunayted" 1:2

MOİK — "Roma" 1:2

"Valensiya" — "Yanq Boyz" 3:1

Xəbər lenti
0