23:52 15 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0254
  • EUR1.9274
Футбольный мяч. Архивное фото

Ağır məğlubiyyət məşhur klubun məşqçisinə baha başa gəldi

© Sputnik / Alexey Kudenko
İDMAN
Qısa URL
101 0 0

Mütəxəssis bundan əvvəl İspaniya yığmasında, "Portu" klubunda və digər komandalarda işləyib

BAKI, 30 oktyabr — Sputnik. Madridin "Real" klubu komandanın baş məşqçisi Xulen Lopeteqi ilə müqaviləyə vaxtından əvvəl xitam verib.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Komandanın Direktorlar Şurası bu qərarı Madrid klubunun nəticələrinin qənaətbəxş olmaması ilə bağlı qəbul edib. Baş məşqçinin vəzifələrini müvəqqəti olaraq bundan əvvəl "Kastilyu" klubunu çalışdırmış Santyaqo Solari icra edəcək. Argentinalı mütəxəssis oktyabrın 30-dan klubda işə başlayacaq.

"Real" oktyabrın 28-də "Barselona" ilə keçirilən oyunda 1:5 hesabı ilə məğlub olub. Komanda keçirdiyi son 7 oyundan 5-də məğlub olub və 10 turdan sonra ölkə çempionatında 9-cu yerdə qərarlaşıb.

Lopeteqi komandaya 2018-ci ilin iyununda gətirilib. O bu postda Zinəddin Zidanı əvəz edib.

Mütəxəssis bundan əvvəl İspaniya yığmasında, "Portu" klubunda və digər komandalarda işləyib.

Əsas mövzular